Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 756)
  • Dünya (3. 151)
  • Gündəm (10. 955)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ildə ölkədə
Cavidan 27 Yanvar, 2026

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ildə ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü illə müqayisədə 8,7 faiz və ya 5,44 milyard manat artaraq 67,64 milyard manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 62,2 milyard manat olub.

Bununla bağlı Tehlil.az məlumat yayıb.

Son illərin göstəriciləri əhalinin pərakəndə ticarət məqsədilə xərclədiyi vəsaitin davamlı artım tendensiyası nümayiş etdirdiyini göstərir. Bu artımın əsas səbəbləri sırasında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində baş verən yüksəliş, eləcə də orta aylıq əməkhaqqı və pensiya məbləğlərinin artması xüsusi yer tutur.

Son beş ilin müqayisəli təhlili göstərir ki, 2025-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 23,42 milyard manat və ya 53 faiz artıb.

Son beş il ərzində həm ərzaq, içki və tütün məhsullarının, həm də qeyri-ərzaq məhsullarının pərakəndə ticarət dövriyyəsində hər il davamlı artım müşahidə olunub. Belə ki, 2021-ci ildə ərzaq, içki və tütün məhsullarına 24,03 milyard manat, qeyri-ərzaq məhsullarına isə 20,19 milyard manat vəsait xərclənib. 2022-ci ildə ərzaq, içki və tütün məhsulları üzrə xərclər əvvəlki illə müqayisədə 5,34 milyard manat və ya 22,2 faiz artaraq 29,37 milyard manata çatıb. Qeyri-ərzaq məhsulları üzrə isə 2,61 milyard manat və ya 12,9 faiz artım qeydə alınıb.

Növbəti illərdə də hər iki məhsul qrupu üzrə artım tendensiyası davam edib. 2025-ci ildə ərzaq, içki və tütün məhsullarına 36,91 milyard manat, qeyri-ərzaq məhsullarına isə 30,73 milyard manat vəsait xərclənib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 8,2 faiz və 9,4 faiz artım deməkdir.

2021-ci ildə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 367,8 manat təşkil edib. Həmin məbləğin 199,9 manatı ərzaq, içki və tütün məhsullarına, 167,9 manatı isə qeyri-ərzaq məhsullarına yönəlib. 2022-ci ildə bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 21,7 faiz və 12,3 faiz artıb. Beləliklə, həmin il adambaşına düşən orta aylıq xərclər ərzaq, içki və tütün məhsulları üzrə 243,2 manat, qeyri-ərzaq məhsulları üzrə isə 188,6 manat olub.

Ümumilikdə son beş ilin göstəriciləri əhalinin adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsində davamlı artım tendensiyasının müşahidə edildiyini göstərir.

2025-ci ildə isə adambaşına düşən orta aylıq pərakəndə ticarət xərci 550,2 manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 42,2 manat və ya 8,3 faiz artım deməkdir. Ümumi məbləğin 300,3 manatı ərzaq, içki və tütün məhsullarına, 249,9 manatı isə qeyri-ərzaq məhsullarına xərclənib.

2021-ci ildə pərakəndə ticarət dövriyyəsində əhalinin əczaçılıq və tibbi ləvazimatlara yönəltdiyi xərclərin həcmi 0,95 milyard manat təşkil edib. 2022-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 0,22 milyard manat və ya 23,2 faiz artaraq 1,17 milyard manata yüksəlib. 2023-cü ildə əczaçılıq və tibbi ləvazimatlar üzrə xərclər əvvəlki illə müqayisədə 0,14 milyard manat və ya 12 faiz artaraq 1,31 milyard manat səviyyəsində qeydə alınıb. 2025-ci ildə isə əhalinin əczaçılıq və tibbi ləvazimatlara xərclədiyi vəsait 2024-cü illə müqayisədə 0,33 milyard manat və ya 24,4 faiz artaraq 1,68 milyard manat təşkil edib.

Continue Reading

Previous: Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Bölmənin digər xəbərləri

Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
  • İqtisadiyyat

Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

27 Yanvar, 2026
Azərbaycan nefti ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI
  • İqtisadiyyat

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI

26 Yanvar, 2026

Top 7 Xəbər

Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub 1

Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub

27 Yanvar, 2026
Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq 2

Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq

27 Yanvar, 2026
Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika 3

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika

27 Yanvar, 2026
“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz” 4

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”

27 Yanvar, 2026
ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi 5

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

27 Yanvar, 2026
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB 6

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026
Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 7

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 756)
  • Dünya (3. 151)
  • Gündəm (10. 955)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8756) Dünya (3151) Gündəm (10955) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub 27 Yanvar, 2026
  • Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq 27 Yanvar, 2026
  • Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika 27 Yanvar, 2026
  • “5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz” 27 Yanvar, 2026
  • ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.