Skip to content
12 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Mikayıl Cabbarov:” Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq”
  • İqtisadiyyat

Mikayıl Cabbarov:” Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq”

Cavidan 2 Avqust, 2025
1401d142-5429-3378-8ffb-104cac47ca4c_850 (1) cx

 
Bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı keçirilən tədbirdə deyib.

“Bu əlamətdar addım, Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub”, – nazir qeyd edib..

Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır: “Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilmiş və təxirəsalınmaz tədbirlər görüb.

Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə vermişdir. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı istiqamətində birgə səylərimizi davam etdiririk”.

M. Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur.

“İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1,2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.

Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaqdır.(Report)

Post navigation

Previous: Azərbaycan nefti ucuzlaşıb
Next: Alparslan Bayraktar: “Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir”

Bölmənin digər xəbərləri

PIJjO2b90kH v
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Cavidan 11 Sentyabr, 2026
Снимок экр v
  • İqtisadiyyat

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Cavidan 7 Sentyabr, 2026
Снимок экрана 2026-09-07 111811
  • Gündəm

Tarixi uğurdan gələcəyə – “Sabah”ın 10 milyon manatlıq inkişaf proqramı – ŞƏRH

Cavidan 7 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 116)
  • Dünya (1. 058)
  • Gündəm (3. 368)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (211)
  • Kriminal (285)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

Bakıda avtomobil qadını vuraraq öldürüb 1789162897_5v 1
  • Kriminal

Bakıda avtomobil qadını vuraraq öldürüb

12 Sentyabr, 2026
Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq 6f1cddc5-a1ae-355c-a8e b c 2
  • Dünya

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

12 Sentyabr, 2026
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək Снимок экрана 2026-09-11 180315 3
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

11 Sentyabr, 2026
Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam ferid V 4
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

11 Sentyabr, 2026
Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ YjHKjz2b3L6Z7v 5
  • Cəmiyyət

Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

11 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3116) Dünya (1058) Gündəm (3368) Kateqoriyasızlar (211) Kriminal (285) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.