
Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O, qeyd edib ki, müzakirələr 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Pakistanın neft naziri Əli Pervaiz Malik ilə görüşdə baş tutub: “Enerji sektorunda həyata keçirilən qlobal layihələr və “yaşıl enerji” sahəsində işbirliyi imkanları barədə fikirlərimizi bölüşdük”.
[center][img]https://azadmedia.az/uploads/posts/2025-06/1749040499_ekran-kli-2025-06-04-163346.png[/img][/center]