Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • İqtisadiyyat
  • İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib
  • İqtisadiyyat

İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib

[center][img]https://azadmedia.az/uploads/posts/2025-03/1742884237_0bc90840-a74d-3256-a2b8-e52a504a8dcc_850.jpg[/img][/center]İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında ABŞ-nin hədəfinin qonşu və dost ölkələrin
Cavidan 25 Mart, 2025
0bc90840-a74d-3256-a2b8-e52a504a8dcc_850

[center][img]https://azadmedia.az/uploads/posts/2025-03/1742884237_0bc90840-a74d-3256-a2b8-e52a504a8dcc_850.jpg[/img][/center]
İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında ABŞ-nin hədəfinin qonşu və dost ölkələrin münasibətlərini parçalamaq olduğuna dair xəbərdarlıq edib.

Məlumatı İSNA yayıb.

Bildirilib ki, nazirlər regionda baş verən son hadisələri müzakirə ediblər.

Məlumata görə, Abbas Əraqçi Fuad Hüseynlə ABŞ-nin Yəməndə husi qiyamçılarına qarşı keçirdiyi son əməliyyatlar, İsrailin Qəzza və Livanda keçirdiyi hərbi əməliyyatları bərpasına dair fikir mübadiləsi ediblər.

Əraqçi ABŞ-nin İranın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək bildirib ki, İslam Respublikasına təzyiq göstərmək üçün Ağ Evin irəli sürdüyü iddia, ittihamlar əsassız, etibarsızdır: “Qonşu və dost ölkələrin zərgərlik hədəfinə uyğun olaraq region ölkələri arasında dostluq münasibətlərini pozmaqdan başqa bir niyyəti yoxdur. Odur ki, ABŞ-nin təhriki ilə münasibətlərin parçalanmasından ehtiyatlı olmağa çağırıb”.

İranlı nazir ABŞ-nin region ölkələrində yerləşən bazalarından və onların hava məkanından region dövlətlərinə qarşı aqressiv hərəkətlər etmək üçün istifadə etməsi nəticəsində yaranan ciddi təhlükələrdən danışaraq deyib ki, regionun bütün ölkələrinin öz milli suverenliklərini qorumaq, ərazilərindən və obyektlərindən xarici hərbi qüvvələr tərəfindən başqa dövlətlərdə sabitliyi pozmaq üçün istifadə etməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Fuad Hüseyn bütün regionda sülhə, sabitliyə təhdidlərin qarşısının alınması üçün bölgə ölkələri arasında konsensus və əməkdaşlığın vacibliyini söyləyib.

Xatırladaq ki, İraqın neft naziri Hayan Abdel-Qani ABŞ-nin körfəzdə saxladığı İrana aid neft tankerlərində ölkəsinə aid saxta sənədlərin aşkarlandığını bildirib: “Biz ABŞ tərəfini məlumatlandırdıq ki, bu sənədlər saxtadır və bizim onlarla heç bir əlaqəmiz yoxdur”.

Məlumata əsasən, martın 20-də ABŞ Dövlət Departamenti İran neftinin satışına yönəlmiş dördüncü sanksiya paketini elan edib. Dövlət Departamentinin rəsmi bəyanatına görə, sanksiyalar İran neftinin alınması ilə məşğul olan bir təşkilata, həmçinin 19 hüquqi şəxsə və gəmiyə qarşı tətbiq edilib.

Mütəxəssislər Abbas Əraqçinin Fuad Hüseynlə telefon danışığı zamanı bu məsələnin də müzakirə olunduğunu istisna etməyiblər. Bundan başqa, İraq ərazisində iranyönümlü silahlı qruplaşmalar qalmaqdadır. İsrail İraqda həmin qüvvələrə qarşı əməliyyat keçirmək niyyətində olduğunu gizlətməyib. Odur ki, Abbas Əraqçinin danışığında da bu məsələ üstüörtülü şəkildə vurğulanıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan XİN Yunanıstanı Milli Günü münasibətilə təbrik edib
Sonrakı: İran və Ermənistanın XİN başçıları İrəvanda regional məsələləri müzakirə ediblər

Bölmənin digər xəbərləri

4PvwL1CrFIZOaYA v
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 133 dolları keçib

Cavidan 9 Oktyabr, 2026
b B9QF_1200
  • Gündəm

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cavidan 8 Oktyabr, 2026
8022867e-44f7-301aV
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

Cavidan 29 Sentyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq futbol Gadget Google iPad Pro iPhone 18 Pro iqtisadiyyat Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xiaomi

Bölmələr

  • Cəmiyyət (3. 273)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (249)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək vmeliyOwJuwFHl4oE v 1
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

14 Oktyabr, 2026
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb bL6ZvIjssklf7_1200 2
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib 3
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim etdi Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim etdi 4
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim etdi

14 Oktyabr, 2026
Dünya üzrə smartfon satışları son 14 ilin minimumuna düşdü Dünya üzrə smartfon satışları son 14 ilin minimumuna düşdü 5
  • Texnologiya

Dünya üzrə smartfon satışları son 14 ilin minimumuna düşdü

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3273) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (249) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 1
  • 80
  • 75
  • 4. 659

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.