Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • İqtisadiyyat
  • Qızıl beynəlxalq pula çevrilir – bahalaşma davam edəcək
  • İqtisadiyyat

Qızıl beynəlxalq pula çevrilir – bahalaşma davam edəcək

Nyu-Yorkun COMEX əmtəə birjasında, aprel fyuçerslərinin qiyməti 0,32% artaraq bir troya unsiyası başına 3000,8 ABŞ dollarına yüksəlib. Bu
Cavidan 14 Mart, 2025
1741929931_67d3b8e80425167d3b8e804252174192868067d3b8e80424f67d3b8e804250

Nyu-Yorkun COMEX əmtəə birjasında, aprel fyuçerslərinin qiyməti 0,32% artaraq bir troya unsiyası başına 3000,8 ABŞ dollarına yüksəlib.

Bu artım qlobal iqtisadi qeyri-müəyyənlik dövründə investorlardan qorunma məqsədli aktivlərə olan tələbin artması ilə əlaqəlidir.

2025-ci ilin əvvəlindən etibarən qızılın qiyməti 13,5 faiz bahalaşıb. Analitiklər 2025-ci ilin üçüncü rübündə qiymətin 3500 dolları keçəcəyini proqnozlaşdırırlar.

Beynəlxalq Qızıl Şurasının (WGC) məlumatlarına görə, 2024-cü ildə qızıl qiymətləri 40 dəfə rekord qırıb.  Ötən il qızılın qiyməti 27 faiz artıb və bu qiymətlui metala olan qlobal tələb rekord səviyyəyə çatıb. Mərkəzi bankların genişmiqyaslı alışları və artan investor tələbi ilə bağlı ümumi tələb 4974 ton olub.

“Macquarie Group” analitikləri ilin sonuna qədər qızılın qiymətinin 3500 dollar səviyyəsinə çatacağını gözləyirlər. Goldman Sachs isə qızılın qiymət proqnozunu 2025-ci ilin sonuna qədər 3100 dollara qaldırıb.

Qızılın qiyməti 2008-ci il maliyyə böhranından sonra sürətlə artmağa başlayıb. Bu dövrdə qiymət üç dəfədən çox artaraq 800 dollardan 3000 dollara yaxınlaşmışdır. Son illərdə isə geosiyasi gərginliyin artması, mərkəzi bankların alışları, Çin istehlakçıları və ABŞ-ın faiz dərəcələrinin azalma gözləntiləri ilə bu qiymət daha da yüksəlib.

Qızıl artıq yalnız bir əmtəə deyil, həm də beynəlxalq maliyyə sistemində “pul” kimi qəbul edilir. 2010-cu ildə qəbul edilən “Bazel III” qaydaları banklara qızılı öz kapitalında 100 faizlik qiymətləndirməyə icazə verdi. Bu səbəbdən mərkəzi banklar qızıl almağa davam edirlər, xüsusən də Rusiya mərkəzi bankı aktivlərinin ABŞ tərəfindən dondurulmasından sonra.

Bu arada Tramp administrasiyası Forth-Noksda saxlanılan ABŞ qızıl ehtiyatının mövcudluğunu və dəqiqliyini yoxlamaq niyyətində olduğunu açıqlayıb. Bu bəyanat ABŞ-ın qızıl ehtiyatının yenidən qiymətləndirilməsi ilə bağlı şayiələrin fonunda verilib və bunun hökumətə “pul yaratmaq” imkanı verəcəyi düşünülür. Trampın qızıl ehtiyatı ilə maraqlanması ABŞ qızıl ehtiyatının qiymətləndirilməsini yenidən nəzərdən keçirmək barədəki fikirlərlə əlaqələndirilir. 1934-cü ildə Prezident Ruzvelt bir troya unsiyasının qiymətini 35 dollara yüksəltmişdi. Bu qərar nəticəsində ABŞ hökuməti 3 milyard dollarlıq “kağız gəlir” əldə etmişdi, çünki qızıl ehtiyatlarının dəyəri 4 milyard dollardan 7,4 milyard dollara qalxmışdı.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sertifikasiya olunmuş müəllimlərin tam statistikası: keçənlər, kəsilənlər…
Sonrakı: Qlobal Bakı Forumu davam edir

Bölmənin digər xəbərləri

4PvwL1CrFIZOaYA v
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 133 dolları keçib

Cavidan 9 Oktyabr, 2026
b B9QF_1200
  • Gündəm

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cavidan 8 Oktyabr, 2026
8022867e-44f7-301aV
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

Cavidan 29 Sentyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 267)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

Professor Tərlan Quliyev vəfat edib 6ace27f4e7ed26ace27f4e7eb(2) 1
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr, 2026
FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 2
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 3
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 4
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026
AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı 5
  • Texnologiya

AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3267) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 48
  • 46
  • 4. 627

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.