Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Bazar icarədarları üçün yeni QAYDALAR
  • Gündəm
  • İqtisadiyyat

Bazar icarədarları üçün yeni QAYDALAR

Bu ilin oktyabr ayından Azərbaycanda bazarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi vergi orqanında uçota alındıqdan sonra mümkün olacaq.
Cavidan 21 Yanvar, 2025
1737455307_bazar

Bu ilin oktyabr ayından Azərbaycanda bazarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi vergi orqanında uçota alındıqdan sonra mümkün olacaq.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mılumat yayıb.

Məlumata görə, “Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlara nəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlıdır.

Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiyanın, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumatın yerləşdirilməsi nəzərdə tutulur.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Qeyd edək ki, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər Qanun qəbul edildikdən 9 ay sonra qüvvəyə minəcək. Bundan başqa, bazarların mülkiyyətçiləri tərəfindən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin vergi orqanında uçota alınması təmin edilməlidir.

“Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə, dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsinə, eləcə də istehlakçı hüquqlarının təmin olunmasına öz töhfəsini verəcək. Belə ki, dəyişikliklər nəticəsində bazarlarda uçotsuz fəaliyyət göstərən şəxslərin qarşısının alınması mümkün olacaq. Bu, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə gətirib çıxaracaq, bazar mülkiyyətçisi bazarın qanunauyğun şəkildə fəaliyyət göstərməsində maraqlı olacaq və şəffaflaşma prosesinə təkan veriləcək”, – DVX hesab edir.

Post navigation

Previous: Ermənistan XİN rəhbəri: Rusiya ilə dialoqu davam etdirmək niyyətindəyik
Next: Hərbçimiz vəfat etdi – Foto

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 150832
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 094005
  • İqtisadiyyat

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-24 161109
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 992)
  • Dünya (1. 029)
  • Gündəm (3. 310)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL Screenshot 2026-08-25 150832 1
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

25 Avqust, 2026
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB Screenshot 2026-08-25 142826 2
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

25 Avqust, 2026
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 140344 3
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

25 Avqust, 2026
Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq Screenshot 2026-08-25 130945 4
  • Cəmiyyət

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

25 Avqust, 2026
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Screenshot 2026-08-25 124045 5
  • Cəmiyyət

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2992) Dünya (1029) Gündəm (3310) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.