Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI
  • Gündəm
  • İqtisadiyyat

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 2209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə
Cavidan 19 Noyabr, 2024
1732013651_1680169126_287268

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 2209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatı əsasında bildirib.
10 ayda Azərbaycana gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Çindən – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,5 dəfə, Qazaxıstandan – 1,5 dəfə, Pakistandan – 1,5 dəfə, Omandan – 49,0 faiz, İordaniyadan – 40,0 faiz, Polşadan – 35,5 faiz, İrandan – 33,2 faiz, İtaliyadan – 32,4 faiz, Türkmənistandan – 30,2 faiz, Səudiyyə Ərəbistanından – 27,0 faiz, Yəməndən – 26,2 faiz, Niderlanddan – 21,7 faiz, Almaniyadan – 21,3 faiz, ABŞ-dan – 20,7 faiz, Misirdən – 20,0 faiz, Özbəkistandan – 19,5 faiz, Rusiya Federasiyasından – 19,0 faiz, Ukraynadan – 17,0 faiz, Tacikistandan – 16,7 faiz, Türkiyədən – 15,8 faiz, Fransadan – 14,6 faiz, Küveytdən – 12,1 faiz, Böyük Britaniyadan – 11,4 faiz, Moldovadan – 10,6 faiz artıb.                                             

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olub.  

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.                                                                                                         

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 17,6 faiz artaraq 1816,4 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 10,8 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,8 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib.  Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Onkoloji xəstəliklər icbari sığortaya daxil ediləcək? – Nazir CAVAB VERDİ (YENİLƏNİB)
Next: “Qarabağ”ın baş məşqçisi hakimi söydü: AFFA cəzalandırdı

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.