Skip to content
8 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 853)
  • Dünya (3. 179)
  • Gündəm (11. 065)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 331)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?

“Lirə ucuzlaşmaqda davam edir. Bir ay əvvəl 1 dollar almaq üçün 9.85 lirə ödəmək lazım idisə, indi bu
Cavidan 10 Dekabr, 2021

“Lirə ucuzlaşmaqda davam edir. Bir ay əvvəl 1 dollar almaq üçün 9.85 lirə ödəmək lazım idisə, indi bu rəqəm 13.87-dək dəyişib. Bu o deməkdir ki, 1 ay ərzində 30 faizə yaxın dəyər itirib”.

Bunu “Unikal”a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, lirənin ucuzlaşmasının əsas səbəbləri Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olsa da, siyasi faktorlar da az təsirə malik deyil. 

“Digər tərəfdən, siyasi səbəblər Türkiyənin valyuta bazarına təsirlərini gücləndirməkdədir. Hələlik, qardaş ölkənin uçot stavkasını dəyişməklə bağlı qərarları lirəni qoruya bilmir. Əslində, Mərkəzi Bankın uçot stavkası aləti ilə vəziyyətin kardinal dəyişəcəyinə ümid edənlər də çox deyil. Türkiyəyə daxil olan valyutanın həcmi azalıb və və dollar tələbinin ödənilməsinə neqativ təsir göstərir. Bu baxımdan, lirənin ucuzlaşmasının qarşısının alınması üçün iqtisadi intervensiyalar ilə yanaşı, Qərb ölkələri ilə münasibətlərdə siyasi stabillik də önəmlidir”. 

Deputat bildirib ki, lirənin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə də, həm iqtisadi, həm də psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsi bizim üçün arzuolunan deyil:

“Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 %-ə yaxını Türkiyə bazarına yönəlib. Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir. Biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq. Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir”. 

Milli Məclisin üzvü qeyd edib ki, lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər. 

“Güman edilir ki, Türkiyədə infilyasiya optimallaşarsa, qardaş ölkənin məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdan güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Əsas ticarət tərəfdaşlarımızdan olan Türkiyənin valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, bütövlükdə, milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. 

Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Continue Reading

Previous: Azərbaycanda rəqəmsal manat yaradıla bilər
Next: Azərbaycan-Gürcüstan biznes forumu BAŞLAYIR

Bölmənin digər xəbərləri

Azərbaycan nefti cüzi bahalaşıb
  • İqtisadiyyat

Azərbaycan nefti cüzi bahalaşıb

4 Fevral, 2026
Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb
  • İqtisadiyyat

Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb

30 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
  • Gündəm

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

30 Yanvar, 2026

Top 7 Xəbər

İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb 1

İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

7 Fevral, 2026
KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır 2

KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır

7 Fevral, 2026
Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir 3

Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir

7 Fevral, 2026
Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb 4

Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

7 Fevral, 2026
İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq 5

İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq

7 Fevral, 2026
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər 6

Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər

7 Fevral, 2026
Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb 7

Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb

7 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 853)
  • Dünya (3. 179)
  • Gündəm (11. 065)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 331)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8853) Dünya (3179) Gündəm (11065) Kateqoriyasızlar (459) Kriminal (1331) Mədəniyyət (333) Siyasət (2936) Texnologiya (14) İdman (617) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb 7 Fevral, 2026
  • KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır 7 Fevral, 2026
  • Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir 7 Fevral, 2026
  • Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb 7 Fevral, 2026
  • İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq 7 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.