Skip to content
8 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Bu şəxslər 10 min manat cərimələnəcək

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyənləşir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye
Cavidan 13 Oktyabr, 2023

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən,

– Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni:

– Azərbaycan Respublikası Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə;

– ödəniş xidməti təchizatçıları, o cümlədən xarici ödəniş xidməti təchizatçılarının yerli filialları tərəfindən ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, o cümlədən ödəniş agenti ilə bağlanan müqavilənin şərtlərinə dair tələblərin pozulmasına;

– xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatorunun yerli filial açmadan ölkədə fəaliyyət göstərməsinə dair bağlanılmış müqavilə barədə məlumatın ödəniş xidməti təchizatçıları tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə;

– banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron pulun emitenti, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı kimi fəaliyyət göstərəcəyi barədə məlumatın Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə – vəzifəli şəxslər min manatdan üç min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.

Elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə – vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Ödəniş xidməti təchizatçısı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş xidməti təchizatçısının və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri haqqında məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə – vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimələnəcək. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə isə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Continue Reading

Previous: Bu məhsullar bahalaşıb – SİYAHI
Next: “Muğan Bank” BAĞLANDI

Bölmənin digər xəbərləri

Azərbaycan banklarının xalis daxili aktivləri oktyabrda 11 %-ə yaxın azalıb
  • Gündəm

Azərbaycan banklarının xalis daxili aktivləri oktyabrda 11 %-ə yaxın azalıb

29 Noyabr, 2025
Maaşlarımızdan bu qədər vergi tutulacaq 
  • Gündəm

Maaşlarımızdan bu qədər vergi tutulacaq 

27 Oktyabr, 2025
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb
  • Gündəm

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb

25 Oktyabr, 2025

Top 7 Xəbər

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 1

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 2

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 3

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 4

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 5

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 7

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8442) Dünya (3042) Gündəm (10560) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6 Dekabr, 2025
  • “Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 6 Dekabr, 2025
  • İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6 Dekabr, 2025
  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.