Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Bu halda hüquqi şəxs yaratmayın – Vergi Xidmətindən ÇAĞIRIŞ
  • İqtisadiyyat

Bu halda hüquqi şəxs yaratmayın – Vergi Xidmətindən ÇAĞIRIŞ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarını sahibkarlıq niyyəti olmadan hüquqi şəxslər təsis etməməyə çağırıb. Qurum bəyan
Cavidan 3 Avqust, 2023
1691062645.vergi-səxs

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarını sahibkarlıq niyyəti olmadan hüquqi şəxslər təsis etməməyə çağırıb.

Qurum bəyan edib ki, adına təsis edilmiş müəssisələrin təsis sənədlərini və yaxud vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), həmçinin elektron imzasını başqa şəxslərə verənlər vergidən yayınma sxemləri ilə cinayətkar fəaliyyət həyata keçirən şəxslərə şərait yaratmış olur və bu halda gələcəkdə yaranacaq vergi öhdəliklərinə görə məsuliyyət daşıyacaq.

“Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatındakı bəzi cinayət işlərinin istintaqı zamanı vergiləri ödəməkdən yayındırılmış müəssisələrin direktorlarının, təsisiçilərinin və ya fərdi sahibkarların həmin fəaliyyətlə əlaqəsinin olmadığı, onların adına açılmış elektron imzaların (əsasən, ASAN imza) digər şəxslərə verildiyi, sahibkarlıq fəaliyyəti ilə məhz həmin şəxslərin məşğul olduğu müəyyən edilib. Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar.

Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatları həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.

Dövlət Vergi Xidməti belə hallarla mütəmadi mübarizə aparır və vətəndaşları aldadan şəxsləri müəyyənləşdirərək məsuliyyətə cəlb edir. Bu istiqamətdə mübarizənin səmərəliliyinin artırılması üçün vətəndaşların maarifləndirilməsi mühüm əhəmiyyətə malikdir. Odur ki, vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamağı (müəssisə təsis etmək və ya VÖEN əldə etmək) və qeyd edilən şəxslərin vədlərinə inanmamağı tövsiyə edirik”, – deyə müraciətdə qeyd olunub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Rusiya qidadan silah kimi istifadə edir” – Borrell
Next: Lui Bono Azərbaycana gəldi

Bölmənin digər xəbərləri

BSoPJAlSsNVxBmQt b
  • Gündəm

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Cavidan 27 İyun, 2026
6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026
Screenshot 2026-06-23 101538
  • Gündəm

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.