Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 332)
  • Dünya (3. 345)
  • Gündəm (11. 683)
  • İdman (647)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Gizli bahalaşma nədir və Azərbaycanda necə həyata keçirilir… – TƏFƏRRÜAT

Son zamanlar bütün məhsulların qiymətlərində artım müşahidə edilir. Hər kəs qiymətlərin artmasından şikayət edir. Amma bəzi məhsullar var
Cavidan 11 Noyabr, 2021

Son zamanlar bütün məhsulların qiymətlərində artım müşahidə edilir. Hər kəs qiymətlərin artmasından şikayət edir. Amma bəzi məhsullar var ki, onların qiymətlərində dəyişiklik hiss etmirik. Bəs necə olur ki, hər şey bahalaşdığı bir dövrdə, məsələn, plitka şokoladın və ya günəbaxan tumlarının qiymətində artım müşahidə edilmir.
Gizli qiymət artımı barədə eşitmisinizmi?

Gizli qiymət artımı, eyni məhsulun keyfiyyətini və çəkisini cüzi azaltmaqla əldə edilən gəlirdir. Məsələn, 3 il əvvəl 1 manata satılan plitka şokolad bu gün də 1 manata satılırsa, deməli burada gizli qiymət artımı ola bilər. Məhsulun çəkisini azaldaraq, qiymətinin sabit saxlanılması ilə özünü göstərən bu bahalaşma, gizli bahalaşma üsullarından biridir. Ancaq qeyd edək ki, gizli bahalaşma hər zaman çəkinin azalması ilə həyata keçirilmir. Digər üsullar daha ağrıdıcı ola bilər. Yəni istehlakçı kimi nəzər saldıqda, bizim üçün ən yaxşısı çəkinin azaldılmasıdır. Çünki bəzi şirkətlər, məhsulun təkcə çəkisini deyil, keyfiyyətini də azaldırlar.

Digər gizli bahalaşma isə, endirim adı altında həyata keçirilir. Məsələn, 100 manata satılan bir ayaqqabı, endirim dövründə iki gün əvvəl 150 manata qaldırılır və endirim günü 110 manata təklif edilir. Bu bahalaşmanı istehlakçı heç hiss etmir, əksinə daha çox həvəslə həmin məhsulu alır.

Gizli bahalaşma üsulu, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində uzun illərdir həyata keçrilən bahalaşma üsuludur. Bu bahalaşma zamanı istehlakçının bahalaşmaya qarşı çıxma yolu olmur. Çünki istehlakçı bunu hiss etmir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, məhsulların çəkisinin azalması halları tez-tez müşahidə edilə bilən bir haldır. Çünki məhsulların çəkisinə dair bir standart yoxdur. Standartlar malların keyfiyyətini təsdiqləyir, çəki isə bura daxil edilmir.

“İstehlakçılar məhsulların üzərində yazılmış çəkiyə baxaraq müəyyən rəy verə bilər. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ərzaq malları satılan yerlərdə nəzarət tərəziləri olmalıdır. İstehlakçı da malları ora qoyub çəkisini yoxlamalıdır. Sovet dövründən insanlar elə düşünürdü ki, “fasovka” edilmiş məhsul, məsələn şəkər tozu, düyü və s. çəkisi 1 kiloqramdır. Ancaq onların çəkisi həmişə 800 qram olub. “Fasovka” istehsalçının istehlakçını aldatma üsuludur. İstehsalçılar, bu üsullardan hər zaman istifadə ediblər” – deyən ekspert bildirib ki, bəzi istehsalçılar, qiymətlər artan zaman isteklakçını aldatmaq məqsədi ilə çəkini azaldırlar və buna da heç kim cavabdehlik daşımır.

Ekspertin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu vəziyyətə də nəzarət etməlidir. Əgər əvvəl 100 qramlıq şokoladı 3 manata aldığın təqdirdə, indi 90 qram alırsansa, bunu sübut edə biləcəksənsə, dövlət xidmətini narahat edə bilərsən. Əgər sübutun yoxdursa, 10 qramla bir şey olmaz deyib məsələni şişirməyəcəksən.

Endirim məsələsinə gəldikdə, ekspert deyir ki, bu kimi hallar bütün dünyada tətbiq edilir. Əgər gözünüz görə-görə aldanmaq istəmirsinizsə, o zaman daha diqqətli davranmalısınız, ya da artıq məhsulların bahalaşdığını qəbul etməlisiniz. Başqa çarəniz onsuz da yoxdur…
Bizimyol.info

Continue Reading

Previous: “İqtisadi artımın 5%-dən çox olması gözlənilir” – Mikayıl Cabbarov
Next: Neft bahalaşdı

Bölmənin digər xəbərləri

Nazir: “Naxçıvanın ölkə iqtisadiyyatında payı artır”
  • Gündəm

Nazir: “Naxçıvanın ölkə iqtisadiyyatında payı artır”

29 Aprel, 2026
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
  • Gündəm

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

29 Aprel, 2026
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

24 Aprel, 2026

Top 7 Xəbər

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 1

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

29 Aprel, 2026
Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək 2

Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

29 Aprel, 2026
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar 3

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar

29 Aprel, 2026
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur” 4

“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”

29 Aprel, 2026
AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi 5

AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi

29 Aprel, 2026
Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb 6

Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb

29 Aprel, 2026
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub 7

Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

29 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 332)
  • Dünya (3. 345)
  • Gündəm (11. 683)
  • İdman (647)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9332) Dünya (3345) Gündəm (11683) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (347) Siyasət (2986) Texnologiya (14) İdman (647) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 29 Aprel, 2026
  • Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək 29 Aprel, 2026
  • Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar 29 Aprel, 2026
  • “Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur” 29 Aprel, 2026
  • AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi 29 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.