Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Azərbaycanda kredit faizləri artacaq – AÇIQLAMA
  • İqtisadiyyat

Azərbaycanda kredit faizləri artacaq – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi artırılıb. Faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq
Cavidan 29 Mart, 2023
1680074632.2020-03-31-10-51-11QDMlHsbM44scHdcjmXxY_file

Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi artırılıb. Faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 0.25 faiz bəndi artırılaraq 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.75%-ə qaldırılıb.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank dünyada gedən proseslərə paralel addımlar atır:

“Dünyada digər Mərkəzi Banklar da faizləri artırır. Onlar uçot dərəcəsinin artırılması yolu ilə inflyasiya ilə mübarizə aparır. Azərbaycan Mərkəzi Bankı da buna uyğun davranmağa çalışır. AMB uçot dərəcəsini artırmaqla inflyasiyaya təsir edə biləcəyini düşünür, amma təəssüf ki, Azərbaycanda uçot dərəcəsi ilə inflyasiyanın birbaşa bağlantısı yoxdur. 

Uçot dərəcəsinin artırılması nəticəsində bizdə bank kreditləri bahalaşır. Kreditlərin bahalaşması hesabına iqtisadi aktivliyin azaldılması və inflyasiyanın zəiflədilməsi varsayımı ilə davranılır. Bu isə Azərbaycanda işləmir. Biz Azərbaycanda uçot dərəcəsinin 3.75% olduğu dövrdə də, 15% olduğu vaxtda da yüksək inflyasiya görmüşük. Yəni, Azərbaycanda qiymət artımına və inflyasiyaya təsir edən amillər Mərkəzi Bankdan asılı deyil. Bir tək Mərkəzi Bankın uçot dərəcəsini artırması ilə inflyasiya ilə mübarizə aparmaq mümkün deyil.

İnflyasiyaya qarşı mübarizə üsulları Azərbaycanda tamamilə fərqli olmalıdır. Gömrük rüsumları və vergi faizləri aşağı salınmalıdır, rəqabətli mühit yaradılmalıdır. Biznes mühitinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır”, – deyə o bildirib.

“Unikal”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ceyhun Bayramov: “Azərbaycanla İsrail arasında əməkdaşlıq ortaq maraqlara əsaslanır”
Next: “Dərmanların qiymətlərinin yüksək olması narazılıqlara səbəb olur” – Komitə sədri

Bölmənin digər xəbərləri

BSoPJAlSsNVxBmQt b
  • Gündəm

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Cavidan 27 İyun, 2026
6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026
Screenshot 2026-06-23 101538
  • Gündəm

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.