“İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyalar indeksasiya ediləcək”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, burada söhbət 15 faizdən az olmayan indeksasiyadan gedir:
“İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyalar indeksasiya ediləcək. Bu indeksasiya əhəmiyyətli dərəcədə maliyyə vəsaiti tələb edir”.