Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Buğdaya qadağa götürülür: – “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”
  • İqtisadiyyat

Buğdaya qadağa götürülür: – “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”

Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb. Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazir Yerbol
Cavidan 21 Sentyabr, 2022
1663750506_0001

Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazir Yerbol Karaşukeyev ölkədən buğda və unun ixracına dair mövcud kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, iyulun 5-dən Qazaxıstanda sentyabrın 30-dək nəzərdə tutulan ixrac məhdudiyyətləri ilə bağlı sərəncam qüvvədə idi. “Məhdudiyyətlər qüvvəyə minəndən bəri Qazaxıstan ixracatçıları buğda ixracat kvotalarının 83 %-ni və buğda unu ixracat kvotalarının 66 %-ni istifadə ediblər”, – FAS USDA hesabatında deyilir.

Nazirlik bildirir ki, sentyabrın 13-nə Qazaxıstanda taxıl bitkilərinin təqribən 70 %-i biçilib. Orta məhsuldarlıq keçən illə müqayisədə 30 % çoxdur. Beləliklə, yararlı taxıl məhsulu ilə bağlı bəyanatlar ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb olub.

Avqustun 31-də Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Xarici ticarət siyasəti üzrə qurumlararası komissiyası sentyabrın 10-dan taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib. Xatırladaq ki, Qazaxıstan Azərbaycana buğda idxal edən ölkələr sırasında ikinci yerdədir. Son dövrlərdə ərzaq buğdası ilə bağlı dünya bazarlarında problem yaranmışdı. Əsas taxıl ixracatçılarından olan Rusiya hökuməti cari ilin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına qadağa qoymuşdu.

Eyni zamanda, Qazaxıstan da ixraca məhdudiyyət tətbiq etmişdi. Digər ixracatçı ölkə olan Ukraynanın isə ixrac imkanları məhdud olduğundan ərzaq buğdası anbarlarda qalmışdı. Son günlər isə bu istiqamətdə atılan addımlar nəticəsində Ukraynadan ixrac imkanları yarandı.

Ümumilikdə isə ixracın məhdud olması dünya bazarlarında ərzaq buğdasının qiymətinin artmasına ciddi təsir etmişdi. Hazırda isə ərzaq buğdası ixracı istiqamətində irəliləyişin olması, o cümlədən

Qazaxıstanın məhdudiyyəti aradan qaldırması dünya bazarlarında, o cümlədən ölkəmizdə qiymətlərə təsir edəcəkmi? İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Qazaxıstanın bu addımı yaxşı göstəricidir və dünya bazarlarında hansısa ölkənin kvotanı ləğv etməsi ilə “vulkanik panika”nın aradan qaldırılması deməkdir:

“Əslində bu gün tələblə təklif arasında buğda dünyasında elə də ciddi disbalans yoxdur. Sadəcə olaraq Rusiya ilə Ukrayna arasında olan müharibə, yəni birinci ixracatçı ilə birinci yeddiliyə daxil olan ixracatçı arasında belə bir münaqişənin olması dünya bazarlarında buğdanın kəskin bahalaşmasına gətirib çıxarmışdı. Hətta bir çox ölkələr, məsələn, Hindistan daxili tələbatı yüksək olmasına baxmayaraq, cari ilin I rübündə özünü ixracatçı elan etmişdi, ancaq münaqişədən sonra ixracı dərhal dayandırıb ixrac potensialını geri çəkmişdi. Bunlar hamısı dünya bazarlarında panika yaratmışdı və buğda qiymətləri idarəolunmaz səviyyədə yüksəlmişdi. Ancaq bu gün mövcud vəziyyət tənzimlənir, mövsüm gəlir, görürlər ki, tələbat təklifi üstələmir. Bu gün adekvat bazar normallaşır və görürük ki, Qazaxıstan kvotasını götürür”.

Ekspert bildirib ki, bu, Azərbaycan üçün çox əlverişlidir:

“Nəzərə almaq lazımdır ki, üç ölkə Azərbaycana buğda idxalı üçün əlverişli hesab edilir. Bunlar Rusiya, Ukrayna və Qazaxıstandır. Bu gün Qazaxıstandan məhsulun gəlməsi ilə risklərimizi diversifikasiya etmiş oluruq”.

Qiymətlərə gəldikdə isə ekspert deyir ki, qiymət əsasən dünya birjalarınna bağlıdır:

“Ancaq bu artım növbəti mərhələdə buğdanın qiymətinin öz dayanıqlılığında qalması, daha da bahalaşmamasına şərait yarada biləcək bir amildir. Əgər belə olsa, biz də yəqin ki, ucuz məhsul alacağıq. Qiymətlərdə kəskin ucuzlaşma baş verərsə, Azərbaycan hökuməti də çörək məhsullarının ucuzlaşması istiqamətində addım atacaq. Əgər birjalarada ucuzlaşma müşahidə edilərsə, ən azından dövlət nəzarəti baxımından bu strateji məsələni müsbətə doğru həll edəcək”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Dövlət Xidməti VPN istifadəçilərinə xəbərdarlıq etdi
Next: DYP universitet rəhbərlərinə müraciət etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 102652
  • Cəmiyyət

Dünya bazarlarında neft ucuzlaşıb

Cavidan 11 İyul, 2026
BSoPJAlSsNVxBmQt b
  • Gündəm

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Cavidan 27 İyun, 2026
6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.