Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Avrozonada rekord inflyasiya: Azərbaycana təsiri nə olacaq? – AKTUAL
  • İqtisadiyyat

Avrozonada rekord inflyasiya: Azərbaycana təsiri nə olacaq? – AKTUAL

Avropa Statistika Agentliyi (“Eurostat”) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün illik inflyasiya məlumatlarını açıqlayıb. Avrozonada
Cavidan 20 Avqust, 2022
1660968578_0001

Avropa Statistika Agentliyi (“Eurostat”) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün illik inflyasiya məlumatlarını açıqlayıb.

Avrozonada iyunda 8,6% olan illik inflyasiya, iyul ayında 8,9%-ə yüksəlib. Avropa İttifaqında iyunda 9,6 faiz olan illik inflyasiya iyulda 9,8 faiz təşkil edib. İnflyasiya ötən ilin iyul ayında Avrozonada 2,2 faiz, Aİ-də isə 2,5 faiz təşkil etmişdi.

Beləliklə, iyul ayında Avrozonada inflyasiya “Eurostat” tərəfindən məlumatların toplandığı son 25 ildə ölçülən ən yüksək səviyyədə olub.

İyul ayında Avrozonada illik inflyasiya artımına 4,02 % ilə enerji məhsulları ən böyük töhfəni verib. Enerjinin ardınca 2,08 faizlə qida, alkoqol və tütün məmulatları, 1,6 faizlə xidmətlər və 1,16 faizlə qeyri-enerji sənayesi məhsulları gəlir.

İyulda inflyasiya Estoniyada 23,2 faiz, Latviyada 21,3 faiz, Litvada 20,9 faiz, Çexiyada 17,3 faiz, Bolqarıstanda 14,9 faiz, Macarıstanda 14,7 faiz, Polşada 14,2 faiz, Rumıniyada 13 faiz, Slovakiyada 12,8 faiz, Xorvatiyada 12,7 faiz, Sloveniyada 11,7 faiz, Niderladda 11,6 faiz, Yunanıstanda 11,3 faiz, İspaniyada 11,3 faiz, Belçikada isə 10,4 faiz təşkil edib.

Beləliklə, Aİ-yə üzv olan 27 ölkədən 16-sında inflyasiya ikirəqəmli səviyyəyə çatıb. İnflyasiya Almaniyada 8,5 faiz, İtaliyada 8,4, Fransada isə 6,8 faiz təşkil edib.

Qeyd edək ki, cari ildə ölkəmizdə rəsmi inflyasiya 12 faizdən artıqdır. Bu rəqəmin ilin sonunadək dəyişməz qalacağı da şübhə doğurur.

Avrozonada inflyasiyanın mövcud artımı Azərbaycanda inflyasiyaya öz təsirini göstərəcəkmi? iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, bu gün çörəyin qiymətində 5 qəpik artım baş verib və bizdə enerji siyasətinə baxsaq inflyasiya gözlənilmir:

“Ancaq Avropada bu proses davam edərsə, inflyasiyanın nəticəsi olaraq müəyyən bahalaşmalar baş verərsə, biz yenidən xaos inflyasiyasına məruz qala bilərik. Bizim problemimiz budur. Daxildə bizi enerji daşıyıçıları ilə hər hansısa kataklizimlər gözləmir.

Əgər aparıcı Avropa Birliyindəki ölkələrdə bu proses davam edəcəksə, bizdə də təsirsiz qalmayacaq. Bu zəncirvari effektdir. Biz bir çox məhsullarda idxal amilindən asılıyıq. Əgər o ölkələrdə bahalaşma, inflyasiya baş verərsə, şübhəsiz ki, biz də inflyasiyanı idxal etmiş olacağıq. Ölkə rəhbəri ikirəqəmli inflyasiyanı birinci rübün sonuna özü qeyd etmişdi. Bu nöqteyi-nəzərdən gözlənilməz, proqnozdan üstün inflyasiya vəziyyəti yarana bilər. Əsasən də iki istiqamət – Rusiya-Ukrayna müharibə ilə bağlı enerji böhranı nəticəsində yarana biləcək inflyasiya, bir də ərzaq infyasiyasıdır.

FAO-nun məlumatına görə, ötən ilin iyul ayı ilə cari ilin iyul ayınadək 1 il ərzində 13, 1 faiz bahalaşma baş verib. Bunu da nəzərə alsaq iki istiaqmətdə biz bununla üzləşə bilərik”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu məktəbin şüşələri yoxdur, döşəməsi isə çürükdür – Video
Next: “İntihar etməyin, gəlin biganə məmurları birlikdə ifşa edək” – Polkovnik qazilərə səsləndi

Bölmənin digər xəbərləri

BSoPJAlSsNVxBmQt b
  • Gündəm

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Cavidan 27 İyun, 2026
6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026
Screenshot 2026-06-23 101538
  • Gündəm

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.