Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 341)
  • Dünya (3. 347)
  • Gündəm (11. 693)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • Cəmiyyət
  • İqtisadiyyat

Azərbaycanda faizsiz kredit nə vaxt reallaşacaq? – GƏLİŞMƏ

Rusiya Mərkəzi Bankı 2023-cü ildə Çeçenistan və Dağıstanda İslam bankçılığı üzrə pilot layihəyə start verəcək. Avqustun 4-də Mərkəzi
Cavidan 6 Avqust, 2022

Rusiya Mərkəzi Bankı 2023-cü ildə Çeçenistan və Dağıstanda İslam bankçılığı üzrə pilot layihəyə start verəcək. Avqustun 4-də Mərkəzi Bank sanksiyalar fonunda maliyyə bazarının inkişafı ilə bağlı hesabat dərc edib və bu hesabatda digər məsələlərlə yanaşı, tərəfdaş maliyyələşdirmənin rolunu gücləndirməyi təklif edib.

Bunu etmək üçün Rusiyanın ayrı-ayrı subyektlərinin ərazisində sınaqlar keçirmək lazımdır, bunun nəticəsində tərəfdaşın maliyyələşdirilməsinin qanunvericilik tənzimlənməsinin digər bölgələrə də genişləndirilməsi barədə qərar qəbul ediləcək. Rusiya Mərkəzi Bankı deyib ki, söhbət İslam bankçılığından gedir. Eksperiment 2023-cü ildə Çeçenistan və Dağıstan ərazisində baş tutacaq.

Məsələ Maliyyə Nazirliyi tərəfindən Mərkəzi Bankla birgə işlənir.

Qeyd edək ki, İslam bankçılığının şəriətin dini prinsiplərinə əsaslanan bankçılıq üsulu olduğu, məsələn, faizlərin ödənilməsi və yığılmasına qadağa qoyulmasının nəzərdə tutduğu deyilir. Bu gün ölkəmizdə bankların yüksək faizlə kredit verdiyi faktdır və məhz bu baxımdan əhali həmin kreditlərin ödənişi ilə bağlı problemlərlə üzləşir. Hələ bir neçə il əvvəl Azərbaycanda da İslam bankçılığının tətbiqi nəzərdə tutulsa da, reallaşmadı iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, ölkədə faizlərin yüksək olmasının əsas səbəbi bankların özünə də maliyyələşmənin baha başa gəlməsidir:

“Yəni banklar kredit kimi öz pulunu vermir, kimdənsə borc götürürlər. Bu isə bank əmanətçiləridir ki, bu gün sığortalanma 12 faizdir. Bu rəqəmlə əmanət götürən bank hansı faizlə kredit verəcək? O da faizi daha yüksək verəcək. İkinci mənbə isə Mərkəzi Bankdan kredit götürməkdir ki, uçot dərəcəsi hazırda 7,75 faizdir. Təəssüf ki, Mərkəzi Bank bütün banklara sağlam rəqabətli kreditlər vermir. Buna görə də banklar üçün Mərkəzi Banklardan kredit götürmək çətindir. Nəhayət, üçüncü problem odur ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin vəziyyəti çox ağırdır. Buna görə də bankların verdiyi kreditlər üzrə risklər yüksəkdir. Onlar bilir ki, kimsə kredit verməyəndə, yaxud gecikdirəndə, bankların həm rəsmi vəkilə, işçiyə, həm də qeyri-rəsmi məhkəməyə, icra məmuruna çox xərci çıxacaq. Həmin xərcləri bağlamaq üçün faizləri yüksək edir”.

İslam bankçılığına gəldikdə isə ekspert deyir ki, o, ölkədə bunu təklif edən ilk şəxs olub:

“Hələ 2011-ci ildə “Azərbaycanın bank hüququ” adlı kitabım çıxıb. Orada mən bunu təklif etmişəm. İslam bankçılığı yalnız müsəlman ölkələrində yox, bütün dünyada, Avropada, ən inkişaf etmiş ölkələrdə, məsələn, Britaniyada da var. Ümumiyyətlə, sələmçilik yalnız İslam dinində qadağan edilməyib. Yəni yəhudi və xristianlıqda sələmlə pul vermək qadağandır. Bu baxımdan İslam bankçılığının xidmətlərindən yalnız müsəlmanlar istifadə etmir. Azərbaycanda da İslam bankçılığını çoxdan tətbiq etmək lazımdır. Təəssüf ki, illərdir bu barədə danışırlar, qanunlar qəbul edəcəyik deyirlər. Ancaq bu, böyük problemdir. İslam bankçılığı haqqında qanunlar qəbul edilsə belə, nə dərəcədə səmərəli olacağı sual altındadır. Çünki İslam bankçılığı şəffaflıq tələb edir. Bu da bizim iqtisadiyyatımızda və bank sistemində yoxdur. Heç 50 faiz belə, yoxdur”.

Ekspertin sözlərinə görə, vətəndaş ənənəvi banka gedib, məsələn, 12 faizlə əmanət qoyursa, onu maraqlandırmır ki, o bank gəlirli, yaxud gəlirsizdir:

“Bank da həmin pulu götürüb kiməsə kredit verir və onu da maraqlandırmır ki, həmin şəxsin gəliri varmı, yoxsa yox? Ancaq İslam bankçılığında belə deyil. Vətəndaş gəlir banka, əmanət qoyur və orada faiz yoxdur. Vətəndaş banka əmanət qoyanda, sanki bankın səhmdarıdır, bankın gəlirinə şərik olur. Əgər bankın gəliri olmasa, vətəndaşa da heç nə verilməyəcək. Bank da eynidir, kiməsə, məsələn, biznesə kredit verəndə şərti odur. Əgər həmin biznesin mənfəəti olacaqsa, bankın payı var, olmayacaqsa, payı yoxdur. Gərək şəffaflıq olsun və banka əmanət qoyanda bank deməsin ki, mənim mənfəətim yoxdur, pulu da verməsin. Bank da kiməsə kredit verirsə, istəyir o biznes tam şəffaf olsun. Bu, olmadığı təqdirdə Azərbaycanda İslam bankçılığı inkişaf edə bilməz. Bank çalışacaq vətəndaşı aldatsın, sahibkar da çalışacaq bankı aldatsın ki, mənfəətim yoxdur. Bunlar hamısı gərək təmin olunsun ki, Azərbaycanda İslam bankçılığı olsun”.

Continue Reading

Previous: “Qırxqız və Sarıbaba yüksəkliklərindən lazımınca istifadə olunacaq” – Strateji əhəmiyyəti böyükdür!
Next: Buzovnalıların problemi həllini tapdı, Pirşağı sakinləri isə hələ də gözləyirlər – VİDEO

Bölmənin digər xəbərləri

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
  • Cəmiyyət

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
  • Cəmiyyət

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
  • Cəmiyyət

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026

Top 7 Xəbər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 1

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 2

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 3

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb 4

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 5

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026
Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı 6

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı

30 Aprel, 2026
I sinfə qəbul başlayır 7

I sinfə qəbul başlayır

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 341)
  • Dünya (3. 347)
  • Gündəm (11. 693)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9341) Dünya (3347) Gündəm (11693) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 30 Aprel, 2026
  • Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 30 Aprel, 2026
  • Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 30 Aprel, 2026
  • “İqlim haqqında” qanun layihəsi hazırlanıb 30 Aprel, 2026
  • Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.