Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 066)
  • Dünya (3. 261)
  • Gündəm (11. 391)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edildi

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.   “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış
Cavidan 13 İyul, 2022

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib. 

 “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. 

Buna qədər litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır. Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub. 

Ümumiyyətlə, “Aİ-95” markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa olaraq asılıdır. Misal olaraq, qiymətlərdəki 2020-ci ilin martın 13-də qeydə alınan azalmanı göstərə bilərik. Həmin vaxt “Aİ-95” premium markalı benzin dünyadakı neft qiymətləri fonunda ölkəmizdə 1,5 manatdan 1,2 manata qədər (20 faiz) ucuzlaşmışdı.

Lakin hazırda dünya bazarında neft qiymətlərinin 50 dollar səviyyəsindən 100 dollardan daha artıq dəyərə qədər yüksəldiyini nəzərə aldıqda, “Aİ-95” premium markalı benzinin qiymətindəki artımın qaçılmaz olduğu anlaşılır. 

Qeyd edək ki, dünya ölkələrində Aİ-95 markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə olduqca yüksəkdir. Üstəlik, hətta Azərbaycandakı müvafiq qiymət artımından sonra belə əksər ölkələrlə müqayisədə Azərbaycanda “Aİ-95”in qiyməti olduqca məqbul hesab oluna bilər.

Məsələn, qonşu Gürcüstanda “Aİ-95” markalı benzinin qiyməti müvafiq olaraq 1,34 ABŞ dolları (2,27 manat) təşkil edir. Daha bir qonşumuz olan Türkiyədə isə sözügedən qiymət 1,46 dollara (2,48 manat) bərabərdir. Azərbaycanda “Aİ-95” Premium markalı benzinin yeni qiyməti Avropa ölkələrindəki qiymətdən də kifayət qədər aşağıdır. Məsələn, cənub-şərqi Avropa ölkəsi Rumıniyada bu rəqəm müvafiq olaraq 1,68 dollar (2,85 manat), qərbi Avropa ölkəsi olan İsveçrədə isə 2,36 dollara (4,01 manat) çatır. 

“Aİ-95” premium markalı benzinin bahalaşmasının Azərbaycan əhalisinə təsiri isə minimum həddə olacaq. Belə ki, ölkəmizdə sözügedən markalı benzin yalnız lüks avtomobillər tərəfindən istifadə olunur. Azərbaycanda istehlak olunan benzin markaları arasında “Aİ-95” premium markalı benzinin payı cüzidir. Ölkəmizdə əsasən “Aİ-92” və dizel markalı yanacaqdan istifadə olunur. 

Beləliklə, xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir.

Continue Reading

Previous: Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşa bilər – Video
Next: Neft ucuzlaşdı

Bölmənin digər xəbərləri

Azərbaycan nefti ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

11 Mart, 2026
Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək
  • İqtisadiyyat

Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək

5 Mart, 2026
Qızılın qiyməti 5 300 dolları ötdü
  • İqtisadiyyat

Qızılın qiyməti 5 300 dolları ötdü

2 Mart, 2026

Top 7 Xəbər

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 1

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

12 Mart, 2026
İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib 2

İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib

12 Mart, 2026
Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 3

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

12 Mart, 2026
Sabah Bakıda hava yağmursuz olacaq 4

Sabah Bakıda hava yağmursuz olacaq

12 Mart, 2026
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb 5

İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb

12 Mart, 2026
Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq 6

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

12 Mart, 2026
İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır 7

İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır

12 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 066)
  • Dünya (3. 261)
  • Gündəm (11. 391)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9066) Dünya (3261) Gündəm (11391) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2964) Texnologiya (14) İdman (635) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 12 Mart, 2026
  • İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib 12 Mart, 2026
  • Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 12 Mart, 2026
  • Sabah Bakıda hava yağmursuz olacaq 12 Mart, 2026
  • İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb 12 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.