Skip to content
9 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Gündəm
  • Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında rəqəmsal inkişaf və kibertəhlükəsizlik
Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 122615

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında rəqəmsal inkişaf və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər iki qurumun nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qurumlar arasında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində görülən işlər, həmçinin bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də peşəkar kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulayıblar.

Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş dövlət siyasətinə, o cümlədən “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

Bildirilib ki, cari ilin iyun ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında da Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet vəzifələr geniş müzakirə olunub. Bu baxımdan, dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində institusional əməkdaşlığının gücləndirilməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə qeyd edilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin əməkdaşları üçün mütəmadi olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrini əhatə edən peşəkar kurslar və təlimlərin təşkil edilir. Həyata keçirilən bu tədbirlərin hərbi qulluqçuların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində peşəkarlığının artırılmasına, müasir kibertəhdidlərə qarşı bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab
Next: Sabah 37 dərəcə isti olacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-09 130359
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 111520
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 100711
  • Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Cavidan 9 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 712)
  • Dünya (3. 449)
  • Gündəm (11. 939)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib Screenshot 2026-07-09 143400 1
  • Cəmiyyət

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

9 İyul, 2026
Sabah 37 dərəcə isti olacaq Screenshot 2026-07-09 130359 2
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

9 İyul, 2026
Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-09 122615 3
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

9 İyul, 2026
“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab Screenshot 2026-07-09 092105 4
  • Cəmiyyət

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab

9 İyul, 2026
Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir?  Screenshot 2026-07-09 111520 5
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

9 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9712) Dünya (3449) Gündəm (11939) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.