Skip to content
30 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 520)
  • Dünya (3. 388)
  • Gündəm (11. 818)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (498)
  • Kriminal (1. 393)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Gündəm
  • Gündəm

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Bu barədə Məktəbəqədər və
Cavidan 13 Aprel, 2026

Bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir.

Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:

Əri və ya arvadı hərbçi olduqda:

– nikah haqqında şəhadətnamənin surəti;

-ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.

Şəhid ailəsi üzvü olduqda:

– şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;

İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:

– həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.

Yuxarıda qeyd olunan şərtləri ödədikdə: – sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.

Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur. Namizədlər 20 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.

Continue Reading

Previous: Balakən və Şəkidə yağıntılar intensivləşib – FAKTİKİ HAVA
Next: Fidan: Hörmüz boğazından maneəsiz keçid təmin olunmalıdır

Bölmənin digər xəbərləri

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır
  • Gündəm

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

30 May, 2026
Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
  • Dünya

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

30 May, 2026
Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib
  • Cəmiyyət

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

30 May, 2026

Top 7 Xəbər

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır 1

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

30 May, 2026
Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib 2

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

30 May, 2026
ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir 3

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

30 May, 2026
KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb 4

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

30 May, 2026
Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib 5

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

30 May, 2026
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb 6

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb

30 May, 2026
IDF 7 oktyabr hücumunun iştirakçılarından daha birinin öldürüldüyünü açıqlayıb 7

IDF 7 oktyabr hücumunun iştirakçılarından daha birinin öldürüldüyünü açıqlayıb

29 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 520)
  • Dünya (3. 388)
  • Gündəm (11. 818)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (498)
  • Kriminal (1. 393)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9520) Dünya (3388) Gündəm (11818) Kateqoriyasızlar (498) Kriminal (1393) Mədəniyyət (351) Siyasət (2996) Texnologiya (14) İdman (653) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır 30 May, 2026
  • Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib 30 May, 2026
  • ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir 30 May, 2026
  • KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb 30 May, 2026
  • Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib 30 May, 2026
© Addim.az | MoreNews by AF themes.