Skip to content
20 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Gündəm
  • DİM xaricdə ali təhsil almış şəxslər üçün imtahan keçirəcək
  • Gündəm

DİM xaricdə ali təhsil almış şəxslər üçün imtahan keçirəcək

Peşə tanınması üzrə 2025-ci il üçün nəzərdə tutulmuş son imtahan 19 dekabr 2025-ci il tarixində saat 11:00-da DİM-in
Cavidan 28 Noyabr, 2025
1764320291_xaricde-tehsil-imtahan

Peşə tanınması üzrə 2025-ci il üçün nəzərdə tutulmuş son imtahan 19 dekabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

Bu barədə DİM-dən məlumat verilib.

İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər dekabrın 15-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.

Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.

Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb – YENİLƏNİB
Sonrakı: Bu gün “Qarabağ”ın oyunu var

Bölmənin digər xəbərləri

EhCcDGqqSPNuhNeJay b
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

Cavidan 20 Oktyabr, 2026
6ad5fd84067396ad5fd8406 v
  • Dünya

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

Cavidan 19 Oktyabr, 2026
6cfa4b76-74f1-39d8-a59v
  • Gündəm

Bir qrup energetik təltif edilib – Sərəncam

Cavidan 19 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese bazar Business Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 311)
  • Dünya (1. 085)
  • Gündəm (3. 468)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (19)

Xəbər Trendi

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb EhCcDGqqSPNuhNeJay b 1
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

20 Oktyabr, 2026
Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib 3vqvexs9xIfpucyD v 2
  • Cəmiyyət

Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib

20 Oktyabr, 2026
UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək rflBWx6yI6nZiFO011b b 3
  • İdman

UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək

20 Oktyabr, 2026
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb IY9FjS9jWO3fX4tx v 4
  • Cəmiyyət

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

19 Oktyabr, 2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb 6ad61267e3d876adb 5
  • Cəmiyyət

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

19 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3311) Dünya (1085) Gündəm (3468) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (19) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 44
  • 42
  • 4. 865

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.