Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O, paylaşımında 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov isə qeyd edib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.