Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Gündəm
  • Aqşinlə Hüseynin TikTokda nə işi var? – Foto
  • Gündəm

Aqşinlə Hüseynin TikTokda nə işi var? – Foto

Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial
Cavidan 18 Dekabr, 2023
410578605_885094083265082_5672955660839916607_n

Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə TikTokda canlı yayımlara çıxması müzakirələrə səbəb olub.

Heçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb. Bir çox insan Aqşin və Hüseynin TikTokda canlı yayımlara çıxarılmasını izləyici toplamaq məqsədilə əlaqələndirib. Həmçinin keçmiş əsirlərin ermənilərin əlinə düşdükləri vaxt və sonrakı dövrlərdə üzləşdikləri rəftarla bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqazinfo”ya açıqlamasında keçmiş əsirlərin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirib və onları gözdən saldığını deyib: “Dövlətimiz çox böyük humanist addım atdı, 32 erməni hərbçi ilə əsirlikdə olan 2 əsgərimizi dəyişdi, onları azad etdi. Açığı deyim, həmin əsgərlər (Aqşin və Hüseyni nəzərdə tutur-red.) nə döyüşdə, nə də kəşfiyyat zamanı əsir düşməmişdilər. Ona görə də onları xüsusi olaraq qəhrəmanlaşdırmaq lazım deyil. Bu vəziyyətdə qəhrəmanlaşdırılmalı olan Azərbaycan dövlətinin özüdür ki, 2 vətəndaşının müqabilində 32 nəfəri qarşı tərəfə verdi. İkincisi isə onlarla müəyyən söhbətlər aparılmalı, maarifləndirici iş həyata keçirilməli idi. Onlara izah edilməli idi ki, sosial şəbəkələrdə hər şeyi danışmaq, paylaşmaq olmaz. Bir dəfə müsahibə verib başına gələnlər barədə informasiya vermək kifayət edir. Nümunə kimi də Ramil Səfərovu göstərmək olar ki, o boyda proseslərdən qayıdıb gəldi, amma heç vaxt efirə çıxıb xüsusi olaraq başına gələnləri danışmadı. Bu şeyləri danışmağa ehtiyac yoxdur. Bir dəfə danışdın ki, düşmən bizə işgəncə verib, 1-2 faktı dedin bəs edir. Əsirlikdən qayıdanların qeyri-ciddi söhbətlər etməsi, başlarına gələnlər barədə qeyri-ciddi ortamlarda, TikTok səhifələrində çıxış etmələri, belə şeylərə bulaşmaları onları gözdən salacaq. Cəmiyyətdə qeyri-ciddi qəbul olunacaqlar. Ona görə də yaxşı olardı ki, bu şəxslərlə maarifləndirici söhbətlər aparılsın”.

İ.İsmayıl əsirlikdən qayıdan Aqşin Bəbirovun anasının oğlu əsirlikdə olarkən onun erməni qızla evləndirilmək istənilməsi barədə dediklərini də qeyri-ciddi fikir adlandırıb: “Düşünmürəm ki, erməni xüsusi xidmət orqanları azərbaycanlı əsiri əməkdaşlığa cəlb etmək üçün belə bir addım atsın. Səsləndirilən bu kimi fikirlər keçmiş əsirlərin və ailələrinin qeyri-ciddi qəbul olunmasına yol açır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Yumurta ixracı başladı: ölkəmizdə bahalaşacaq?
Next: Çempionlar Liqasında 1/8 final cütləri bəlli oldu

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-29 133228
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 659)
  • Dünya (3. 425)
  • Gündəm (11. 906)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 1
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 2
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb 3
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

29 İyun, 2026
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb Screenshot 2026-06-29 133228 4
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

29 İyun, 2026
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər Screenshot 2026-06-29 125244 5
  • İdman

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9659) Dünya (3425) Gündəm (11906) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.