Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.
Nazirliyin “X” səhifəsində paylaşımda deyilir:
“Liviyada böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir”.