Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Gündəm
  • Zəngəzur dəhlizi Avropaya nə verəcək? – İNCƏLƏMƏ…
  • Gündəm

Zəngəzur dəhlizi Avropaya nə verəcək? – İNCƏLƏMƏ…

Avropa iqtisadiyyatında böhranlı durum davam edir. Bu böhran təkcə təbii qazın çatışmazlığı ilə xarakterizə olunmur. Qoca qitədə xammal
Cavidan 13 Noyabr, 2021
1636782928_0001

Avropa iqtisadiyyatında böhranlı durum davam edir. Bu böhran təkcə təbii qazın çatışmazlığı ilə xarakterizə olunmur. Qoca qitədə xammal qıtlığı da yaranıb ki, bu istehsal müəssisələrinə öz təsirini göstərməkdədir. Məsələn, mebel istehsalçıları Şərqdən xammal idxalında problemlərlə üzləşiblər.

Bu cür problemləri yaradan səbəblərin həm də tranzitlə bağlı olduğu deyilir. Bu baxımdan da hesab olunur ki, Zəngəzur dəhlizi açılarsa, bunun təkcə region ölkələri üçün deyil, həm də Avropanın inkişaf etmiş ölkələri üçün böyük iqtisadi əhəmiyyəti olacaq.

Bizim.Media mövzunu iqtisadçı Pərviz Heydərovla müzakirə edib.

​​​​​​​O, Avropada yaranan problemlərin pandemiyadan sonra istehlak tələbinin kəskin artımı ilə bağlı olduğunu deyib:

“Mövcud istehsal imkanları isə bununla ayaqlaşmaq qabiliyyətində deyil. Qazın qiymətinin qalxması, xammal çatışmazlığı, o cümlədən də istehlak məhsullarının bahalaşması bu səbəbdəndir. Hesab edirəm ki, pandemiya ilə bağlı vəziyyət sərtləşməsə, hələ bu durum 2022-ci ilin iyul ayına qədər davam edəcək”.

İqtisadçı hesab edir ki, Zəngəzur dəhlizi tam gücü ilə işə düşüb və burada təhlükəsizlik məsələləri tezliklə öz həllini taparsa, bu təkcə qlobal iqtisadiyyatda hazırkı böhrandan çıxmaq baxımından rol oynamayacaq, həm də gələcəkdə Avropa üçün bir çox əlavə iqtisadi imkanlar açacaq:

“Zəngəzur dəhlizi Asiya-Avropa əlaqələrinin genişlənməsində böyük rol oynayacaq. Həm də regionda xammal istehsalının artmasına təkan verəcək. İstehsal o zaman genişlənir ki, həmin məhsulların satışı üçün yeni bazarlar ortaya çıxır. Əlavə olaraq bazarlara çıxış asanlaşırsa, bu xammal istehsalının da artmasına zəmin yaradır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ərdoğan: “Bütün maneələri aşacaq gücə sahibik”
Next: Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 144509
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.