Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 090)
  • Dünya (3. 268)
  • Gündəm (11. 426)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Gündəm
  • Gündəm

Komitə dünya azərbaycanlılarına müraciət etdi

Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciət edib. Müraciətdə deyilir: “Əziz həmvətənlər! Məlum olduğu kimi, noyabrın 15-də
Cavidan 21 Noyabr, 2022

Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciət edib.

Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.

ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunan Fransa dövləti 30 il ərzində Azərbaycan həqiqətlərinə ikili standartlar əsasında yanaşıb, anti-Azərbaycan qərar və bəyanatları ilə fərqlənib. Fransa Senatında qəbul olunan və Milli Assambleyada müzakirəyə çıxarılacaq son qətnamə də uzun illər davam edən münasibətin nəticəsidir. Sözügedən qətnamə layihəsi gündəmə gələn ilk gündən dünya azərbaycanlıları buna etiraz etmək məqsədilə səfərbər olaraq qüvvələrini birləşdirib. Bununla bağlı bəyanatlar yayılıb (Azərbaycan icmasının bəyanatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jerom Lamberin bəyanatı), Fransanın https://www.lagazetteaz.fr xəbər saytında “Fransa xalqı Senatda Azərbaycana qarşı qətnamə layihəsi əleyhinə səfərbər olunur” sərlövhəli məqalə dərc olunub, sosial şəbəkələrdə kampaniyalar keçirilib. Buna misal olaraq bütün senatorların rəsmi elektron ünvanlarına 418 müraciət göndərilib, 348 senatorun “Twitter” hesabları vahid həştəqlə işarələnərək erməni yalanlarına uymamaq, təcavüzkar ölkəni dəstəkləməmək və Azərbaycana qarşı obyektiv olmaq çağırışları edilib, “Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkələrində minlərlə paylaşımlar olunub. Aparılan “Twitter” kampaniyası nəticəsində azərbaycanlıların haqq səsi təkcə bir gün ərzində 45 min fransıza çatdırılıb. Bu paylaşımlarda Fransa və fransızların Azərbaycan həqiqətləri – Xocalı soyqırımı, Oxçuçayın çirkləndirilməsi, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi, Azərbaycanla dövlət sərhədində Ermənistanın təxribatları kimi mövzulara səssiz qalmaması və bundan sonra ikili standartlardan kənar həssas yanaşma nümayiş etdirmək tələb olunub.

Qətnamə layihəsi Senatda müzakirə olunan gün diaspor üzvləri Senatın binası qarşısında icazəli piket keçiriblər (piketin tam orijinal versiyasını buradan izləmək olar).

Son illər Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində Azərbaycan diasporunun sıralarında və fəaliyyətində keyfiyyət dəyişikliyi baş verib. Uğurlu islahatlar nəticəsində artıq 50-dən çox ölkədə sistemli və müntəzəm diaspor fəaliyyəti təşkil edilib, dünyanın 40-a yaxın ölkəsini və 140-dan çox diaspor təşkilatını əhatə edən Azərbaycanlıların 15 Koordinasiya Şurası fəaliyyət göstərir, dünya ölkələri üzrə Azərbaycan Evlərinin sayı 19-a çatıb. İstər pandemiya, istərsə də Vətən müharibəsi dövründə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz fəaliyyətləri ilə Azərbaycan dövlətinə və onun Liderinə dəstək olublar. 44 günlük müharibə dövründə Komitənin koordinasiyası ilə 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərib. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılıb, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olunub, diaspor nümayəndələri xarici TV-lərdə 98 dəfə canlı yayıma qatılıblar. Dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olunub, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdiriblər. Məhz diasporumuzun iştirakı ilə 36 xarici ölkədə 198 tədbir keçirilib, onların da 111-i aksiya, yürüş, avtoyürüş olub.

Aparılan sistemli və ardıcıl işin nəticəsidir ki, xaricdəki Azərbaycan icmaları vətənpərvərlik adı ilə manipulyasiya edən təsadüfi adamlardan təmizlənir, dövlətçilik maraq və mənafelərini hər şeydən üstün tutan insanların güc birliyinə çevrilir.

Təbliğat işlərinin, keçirilən etiraz piketlərinin mahiyyətinə kölgə salmaq istəyən, düşmən dəyirmanına su tökən bəzi “vətənpərvər” müxalif qüvvələr çirkin məqsədlərini yenidən ortaya qoyur, sosial mediada heç bir faktoloji əsası olmayan məlumatlar yaymaqla həmvətənlərimizi yanıltmağa, dövlətimizin beynəlxalq arenadakı uğurlarına xələl gətirməyə çalışırlar. Bununla da Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyaların iştirakçısına çevrilirlər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi heç bir xarici ölkədə kütləvi aksiyaların təşkilatçısı olmayıb, lakin Azərbaycanın haqq səsini və ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışan, istənilən zamanda güc birliyi və bərabərlik nümayiş etdirən bütün soydaşlarımıza dəstək durur, təşəkkür edir, onlarla fəxr etdiyimizi və bundan sonra da davamlı olaraq onların yanında olacağımızı bildiririk.

Əziz soydaşlar!

Noyabrın 28-də Azərbaycana qarşı bədnam qətnamənin Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacağını nəzərə alaraq Sizləri bir daha səfərbər olmağa, Azərbaycanın haqq səsini və ədalətli mövqeyini Assambleya üzvlərinə çatdırmaq üçün qüvvələrinizi birləşdirməyə və yaşadığınız ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq öz münasibətinizi bildirməyə çağırırıq. Biz birlikdə güclüyük!”

Continue Reading

Previous: Ronaldo Messi ilə foto barədə – “Ümidliyəm ki, mat edən olacam”
Next: Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu

Bölmənin digər xəbərləri

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib
  • Cəmiyyət

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək
  • Cəmiyyət

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir
  • Dünya

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026

Top 7 Xəbər

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 1

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 2

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 3

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 4

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 5

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 6

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 7

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 090)
  • Dünya (3. 268)
  • Gündəm (11. 426)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9090) Dünya (3268) Gündəm (11426) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2967) Texnologiya (14) İdman (637) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 17 Mart, 2026
  • Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 17 Mart, 2026
  • Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 17 Mart, 2026
  • Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 17 Mart, 2026
  • Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.