Skip to content
30 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 783)
  • Dünya (3. 159)
  • Gündəm (10. 988)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 930)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Gündəm
  • Gündəm

Ermənilər belə düşünür – “Azərbaycan nə deyirdisə, etdi” + Video

“BBC News Azərbaycanca” II Qarabağ müharibəsinin ildönümü ilə bağlı İrəvanda əhali arasında sorğu keçirib. “Qafqazinfo” xəbər verir ki,
Cavidan 28 Sentyabr, 2021

“BBC News Azərbaycanca” II Qarabağ müharibəsinin ildönümü ilə bağlı İrəvanda əhali arasında sorğu keçirib. “Qafqazinfo” xəbər verir ki, videosüjetdə ermənilər məğlubiyyəti çox ağır yaşadıqlarını, bunun onlar üçün dəhşət olduğunu vurğulayırlar. Onlar ötən bir ili yaşamadıqlarını, məğlubiyyətlərini millət üçün rüsvayçılıq kimi qiymətləndirirlər.

Sakinlərdən biri vətənlərinin get-gedə kiçildiyini, şəhərlərinin boş qaldığını, nə etsələr də əvvəlki şadlıqlarının qalmadığını qeyd edirlər.


“Millət qapanıb, amma düşünmür ki, bu millət üçün faciədir. Azərbaycan necə deyirdisə, onu da etdi. Ancaq bizimkilər rusları düşünürdü. Rus həmişəki kimi öz müttəfiqinin hayına yetmədi”-deyə sakinlərdən biri bildirib.

Milli Məclisin deputatı Naqif Həmzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müharibənin başlamasından bir il ötsə də, bu müddət ərzində Azərbaycan bütün regionda reallıqların dəyişdirilməsinə nail oldu:

“Qələbədən sonrakı müddətdə Azərbaycan işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda quruculuq abadlıq işlərini uğurla həyata keçirir. Müharibədə şəhid olmuş vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması, onların mənzil problemlərinin aradan qaldırılması, şəhidlərin ailə üzvlərinin və övladlarının bütün problemlərinin həll edilir, Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti ilə sosial tədbirlər, paketlər həyata keçirilir.

Həmçinin müharibədə yaralanmış qazilərimizin müalicəsi ən yüksək səviyyədə həyata keçirildi. Azərbaycan qalib dövlət kimi bu işlərin öhdəsindən uğurla gəldi. Biz dünənki anım mərasimində də bütün xalqın nümayəndələrinin birlik nümayiş etdirdiyini bir daha gördük.

Ancaq Ermənistana nəzər salsaq görərik ki, orada bütün sərhəd boyu yaşayış kəndlərində və həmçinin şəhərlərdə əhali əraziləri sürətlə tərk edir. Onlar paytaxt İrəvana, bir az imkanı olanlar isə xaricə qaçırlar. Həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsi ermənilərdə çox böyük bir qorxu hissini formalaşdırıb. Onlar bir daha müharibə olmasını istəmirlər. Bu səbəbdən də növbədənkənar parlament seçkilərində məğlub baş nazir Nikol Paşinyana bir daha səs verdilər.

Ermənilər anlayırlar ki, Nikol Paşinyan bir daha səhvini təkrarlayıb müharibə etməyəcək.

Həmçinin Ermənistan xalqının keçirdiyi anım tədbirlərində biz də gördük ki, onlar məğlubiyyətlərini etiraf edirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər çalmasını özləri üçün faciə kimi qəbul edirlər. Artıq anlayırlar ki, revanşist fikirlərlə yaşamaq, Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmək onların tamamilə məhvinə gətirib çıxara bilər.

Biz xoşbəxt ölkənin vətəndaşlarıyıq ki, haqq-ədalət öz yerini tapdı. Nəhayət ki, biz şəhidlərimizin, məcburi qaçqın və köçkünlərimizin qisasını aldıq. Bu gün qürurla yaşaya bilirik.

Continue Reading

Previous: Ərdoğan sabah Putinlə bunları müzakirə edəcək
Next: Yuxarı siniflərdə, ali məktəb və kolleclərdə dərslər BAŞLAYIR

Bölmənin digər xəbərləri

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi
  • Cəmiyyət

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi

30 Yanvar, 2026
Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib
  • Gündəm

Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib

30 Yanvar, 2026
Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər
  • Dünya

Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər

30 Yanvar, 2026

Top 7 Xəbər

Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 1

Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır

30 Yanvar, 2026
“Qarabağ”ın rəqibi “Nyukasl” oldu 2

“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

30 Yanvar, 2026
Bəhruz Əhmədova yeni köməkçi təyin edildi 3

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi

30 Yanvar, 2026
Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb 4

Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb

30 Yanvar, 2026
Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib 5

Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib

30 Yanvar, 2026
Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər 6

Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər

30 Yanvar, 2026
Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib 7

Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

30 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 783)
  • Dünya (3. 159)
  • Gündəm (10. 988)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 930)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8783) Dünya (3159) Gündəm (10988) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2930) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 30 Yanvar, 2026
  • “Qarabağ”ın rəqibi “Nyukasl” oldu 30 Yanvar, 2026
  • Bəhruz Əhmədova yeni köməkçi təyin edildi 30 Yanvar, 2026
  • Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb 30 Yanvar, 2026
  • Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib 30 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.