Skip to content
21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 716)
  • Dünya (3. 131)
  • Gündəm (10. 889)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • “Biz mesaj verdik ki, bunu unutmasınlar” – Xalq artisti
  • Mədəniyyət

“Biz mesaj verdik ki, bunu unutmasınlar” – Xalq artisti

Cavidan 10 Mart, 2022

Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün onilliklər lazımdır. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini dünyaya nümayiş etdirməklə yanaşı, müstəqillik illərində dünyaya göz açmış vətənpərvər gənclərin kifayət qədər olduğunu da göstərdi. 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Gənclərin şücaəti isə gələcək nəsillərə əsl örnək oldu. Müstəqillik illərində dünyaya göz açan gənclər müzəffər ordunun sıralarına qoşularaq Vətən müharibəsi, dolayısı ilə Azərbaycanın qəhrəmanlıq tarixinə şanlı səhifələr yazdılar. Bu da bir daha göstərdi ki, xalqımız mənəvi tərbiyə ilə yetişdirilmiş gənclərdə vətənpərvərlik duyğusunu formalaşdıra bilib.

Bu gün isə artıq yeni səhifələr yazılır. Bir ildən çoxdur azad edilən Qarabağ dirçəlməyə başlayır. “Qarabağa böyük qayıdış” üçün gərəkli olan bütün işlər görülür. Qarabağın azad dövrünün görüntüləri gözəl gələcəyə ümidi artırır. Siyasi mesajlardan əlavə, digər vasitələrdən istifadə etməklə torpaqların kimə məxsus olduğu bildirilir. Bugünlərdə Şuşadan Xankəndinə saat 06:00-dan azan verilməyə başlanıb. Şuşada səsləndirilən sübh azanı bütün ətraf bölgələrdə, o cümlədən Xankəndində də eşidilib. Əlavə olaraq dövlət himni və hərbi vətənpərvərlik musiqiləri də səsləndirilib. Şuşalılar, həmçinin, səsgücləndiricilər vasitəsilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturasını da səsləndiriblər.

Xalq artisti Mənsum İbrahimov bugünlərdə çəkilişlə əlaqədar Şuşada idi. DİA.AZ xəbər verir ki, M.İbrahimov bu sədaların eşidilməsinin necə ab-hava yaratdığını “Yeni Müsavat”a şərh etdi: “Azərbaycan musiqilərinin bu şəkildə səsləndirilməsi sülh mesajıdır. Ermənilər anlamalıdırlar ki, bura Azərbaycan Respublikasının ərazisidir. Artıq yol açıqdır. Kim istəyirsə, qanunlarımızın altında yaşaya bilər. Bura bizim ərazimizdir. Biz mesaj verdik ki, bunu unutmasınlar”.

Xalq artisti tarix boyu ermənilərin Azərbaycan musiqisinə heyran olduğunu, hətta bir çox hallarda oğurluqdan belə çəkinmədiklərini vurğuladı: “Özlərinin heç nəyi yoxdur. Yazıqlar nə etsinlər? Sevirlər, yaxşıdır ki, oğurlayıblar. İstər xalq musiqisi, istərsə də klassik musiqi əsərlərimizi öz adlarına çıxarmağa çalışıblar. Bəzən bunu bacarıblar da. Bir neçə gündür Şuşadayıq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə çəkilişlər edirik. Təsəvvür edin ki, ”Leyli və Məcnun” operasının sədaları Xankəndində eşidilirdi. Doğma torpağımızda Azərbaycan xalq musiqisi, Ü.Hacıbəylinin əsərləri, aşıq musiqisi, muğamlarımız səslənir. Biz mesaj veririk ki, siz bizim ərazimizdə yaşayırsınız. Şuşada hazırda quruculuq işləri gedir. Hər yerdə tikinti işləri görülür. Yol çəkilir. Çox gözəl işlər görülür”.

Continue Reading

Previous: Manaf Ağayev həbsdən buraxıldı
Next: “Acından hələ heç kim ölməyib” – Brilliant Dadaşova

Bölmənin digər xəbərləri

Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək
  • Gündəm

Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək

12 Yanvar, 2026
“Qayınana” filminin ssenaristi Marqarita Maleyeva vəfat edib
  • Mədəniyyət

“Qayınana” filminin ssenaristi Marqarita Maleyeva vəfat edib

6 Yanvar, 2026
“Sarı Gəlin”in İran dövlət telekanalında erməni musiqisi kimi təqdimatına görə araşdırma aparılır
  • Mədəniyyət

“Sarı Gəlin”in İran dövlət telekanalında erməni musiqisi kimi təqdimatına görə araşdırma aparılır

5 Yanvar, 2026

Top 7 Xəbər

Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub – YENİLƏNİB 1

Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub – YENİLƏNİB

21 Yanvar, 2026
Kataloniyada qatarların hərəkəti dayandırılıb 2

Kataloniyada qatarların hərəkəti dayandırılıb

21 Yanvar, 2026
Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək 3

Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək

21 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb 4

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

21 Yanvar, 2026
Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb 5

Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb

21 Yanvar, 2026
Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək 6

Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək

21 Yanvar, 2026
Azərbaycanda zəlzələ oldu 7

Azərbaycanda zəlzələ oldu

21 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 716)
  • Dünya (3. 131)
  • Gündəm (10. 889)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8716) Dünya (3131) Gündəm (10889) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2924) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub – YENİLƏNİB 21 Yanvar, 2026
  • Kataloniyada qatarların hərəkəti dayandırılıb 21 Yanvar, 2026
  • Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək 21 Yanvar, 2026
  • Azərbaycan neftinin qiyməti 69 dolları ötüb 21 Yanvar, 2026
  • Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.