Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Mədəniyyət
  • “Energetika Memarlığı” filmi təqdim olunub
  • Mədəniyyət

“Energetika Memarlığı” filmi təqdim olunub

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzi tərəfindən “Energetika memarlığı” adlı film hazırlanıb.
Cavidan 20 May, 2026
Screenshot 2026-05-20 102952

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzi tərəfindən “Energetika memarlığı” adlı film hazırlanıb.

Film, Azərbaycanın elektroenergetika sahəsinin tarixi inkişaf yolunu, bu sahədə formalaşmış memarlıq və texnoloji yanaşmaları əks etdirən sənədli ekran işidir. Burada 1883-cü ildə Gədəbəydə ilk elektrik stansiyasının qurulmasından başlayaraq, müasir dövrdə həyata keçirilən iri enerji layihələrinə qədər uzanan inkişaf mərhələləri təqdim edilir.

Ekran əsərində energetika yalnız texniki infrastruktur kimi deyil, həm də şəhərsalma, memarlıq və milli inkişafın mühüm elementi kimi göstərilir. Filmdə Azərbaycanda enerji obyektlərinin keçdiyi təkamül yolu – sovet dövrünün funksional yanaşmasından başlayaraq, müasir dövrdə estetik və rəqəmsal həllərlə zənginləşdirilmiş yeni energetika memarlığı modelinə qədər geniş şəkildə nümayiş olunur.

Filmdə, xüsusilə son 20 ildə həyata keçirilən enerji layihələri, qapalı tipli yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri, müasir elektrik stansiyaları və işğaldan azad edilmiş ərazilərdə qurulan yeni enerji infrastrukturu ön plana çıxarılır. Bununla yanaşı, “yaşıl enerji” konsepsiyası çərçivəsində yaradılan müasir enerji sistemləri də ekran əsərinin əsas mövzularından biridir.

“Energetika Memarlığı” filmi Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, müasir sənaye estetikasının formalaşdırılması və gələcəyin dayanıqlı enerji infrastrukturunun qurulması istiqamətində görülən işləri vizual və tarixi ardıcıllıqla təqdim edir. Film, energetikanın yalnız iqtisadi inkişaf deyil, həm də milli memarlıq düşüncəsi və dövlətçilik baxışının tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Sonrakı: Məcburi köçkünlərlə bağlı mühüm qərar – parlament komitələri toplaşır

Bölmənin digər xəbərləri

UAX6Bi71qp1i79Ec5Vxv
  • Gündəm

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər

Cavidan 13 Oktyabr, 2026
100539 c
  • Gündəm

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Cavidan 18 Sentyabr, 2026
6a9ea0b4e09c46 v
  • Kateqoriyasızlar

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Cavidan 7 Sentyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 0
  • 0
  • 4. 890

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.