Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşmasını sürətləndirmək üçün İran da daxil olmaqla bir sıra ölkələrlə danışıqlar aparır.
Bu barədə bu gün ölkənin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi bildirib.
XİN nümayəndəsi əlavə edib ki, Cənubi Koreya hökuməti Yaxın Şərqdə hadisələrin inkişafını diqqətlə izləyir: “Eyni zamanda, vətəndaşlarımızın müdafiəsi və enerji daşıyıcılarının nəqli marşrutlarının təhlükəsizliyinin təmin edilməsi yollarını öyrənirik”.
Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, Tehran Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiyaya gedən gəmilərin əsas neft nəqli marşrutundan keçməsinə icazə verməyə hazırdır.
Ötən gün Seul Fars körfəzində İranın hücumlarını və Hörmüz boğazının faktiki olaraq bağlanmasını pisləyən birgə bəyanatda Avropa dövlətləri və Yaponiya da daxil olmaqla yeddi ölkəyə qoşulacağını bəyan edib.
