Skip to content
16 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 906)
  • Dünya (3. 194)
  • Gündəm (11. 143)
  • İdman (623)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 334)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 944)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrindəki müəllimlərin imtahan qaydası dəyişir

Cavidan 16 Fevral, 2026

Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası dəyişir.

Bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə qeyd olunub.

Layihəyə əsasən, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.

Belə ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.

Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.

Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır. Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi ilə yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaqdır.

Eyni zamanda, sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.

Continue Reading

Previous: Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir
Next: Sabah Ruben Vardanyana hökm oxunacaq

Bölmənin digər xəbərləri

Əraqçi və Qrossi texniki müzakirələr aparıb
  • Cəmiyyət

Əraqçi və Qrossi texniki müzakirələr aparıb

16 Fevral, 2026
Sabah Ruben Vardanyana hökm oxunacaq
  • Cəmiyyət

Sabah Ruben Vardanyana hökm oxunacaq

16 Fevral, 2026
Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir
  • Dünya

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

14 Fevral, 2026

Top 7 Xəbər

Əraqçi və Qrossi texniki müzakirələr aparıb 1

Əraqçi və Qrossi texniki müzakirələr aparıb

16 Fevral, 2026
Sabah Ruben Vardanyana hökm oxunacaq 2

Sabah Ruben Vardanyana hökm oxunacaq

16 Fevral, 2026
Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrindəki müəllimlərin imtahan qaydası dəyişir 3

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrindəki müəllimlərin imtahan qaydası dəyişir

16 Fevral, 2026
Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir 4

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

14 Fevral, 2026
Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır 5

Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

14 Fevral, 2026
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq 6

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

14 Fevral, 2026
Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib 7

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

14 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 906)
  • Dünya (3. 194)
  • Gündəm (11. 143)
  • İdman (623)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 334)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 944)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8906) Dünya (3194) Gündəm (11143) Kateqoriyasızlar (462) Kriminal (1334) Mədəniyyət (335) Siyasət (2944) Texnologiya (14) İdman (623) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Əraqçi və Qrossi texniki müzakirələr aparıb 16 Fevral, 2026
  • Sabah Ruben Vardanyana hökm oxunacaq 16 Fevral, 2026
  • Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrindəki müəllimlərin imtahan qaydası dəyişir 16 Fevral, 2026
  • Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir 14 Fevral, 2026
  • Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır 14 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.