Skip to content
22 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 954)
  • Dünya (3. 209)
  • Gündəm (11. 212)
  • İdman (627)
  • İqtisadiyyat (571)
  • Kateqoriyasızlar (463)
  • Kriminal (1. 339)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 947)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

Milli teatrda qadın taleyinin poetik təcəssümü – Amaliya Pənahova

Azərbaycan milli teatr və kino tarixində bənzərsiz və parlaq ifaları ilə xatırlanan, 43 illik sənət yolunda yüzlərlə obraza
Cavidan 26 Dekabr, 2025

Azərbaycan milli teatr və kino tarixində bənzərsiz və parlaq ifaları ilə xatırlanan, 43 illik sənət yolunda yüzlərlə obraza nəfəs verən fenomenal sənətkar, Xalq artisti Amaliya Pənahova…

1945-ci ilin 15 iyununaət Universiteti) Dram və kino aktyorluğu ixtisasında təhsil alıb.

Burada kurs rəhbəri görkəmli teatr və kino rejissoru, aktyor, pedaqoq SSRİ Xalq artisti Adil İsgəndərovdan dərs alaraq aktyorluq sənətinin sirlərinə yiyələnir. Hələ uşaqlıq illərindən teatra olan sevgisi məhz bu peşəkar mühitdə daha da alovlanır və artıq ikinci kursdan etibarən Akademik Dram Teatrının səhnəsi üçün yolu açılır.

Onun səhnəyə gəlişi ötən əsrin 60-cı illərinə təsadüf edir. Bu o dövrdür ki, Azərbaycan teatrı üçün olduqca mürəkkəb və ziddiyyətli bir mərhələ sayılır. Belə ki həmin vaxtlarda sovet ideoloji qəlibləri teatr estetikasında özünü ən qabarıq şəkildə göstərməklə yanaşı, şüarçılıq və pafoslu təqdimatlar tamaşaçı ilə teatr arasında baryer yaratmaqda idi.

Dövrün teatr rejissorları, dramaturqları tamaşaçını yenidən teatra qaytarmaq, əvvəlki səmimiyyəti bərpa etmək axtarışında idilər; müxtəlif tamaşalar, müxtəlif obrazlar, müxtəlif quruluşlar… Amaliya Pənahova məhz belə bir zamanda səhnəyə ilk addımını atır – Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesindəki Nurcahan obrazı ilə… Cəmi 18 yaşı olmasına baxmayaraq, Nurcahanın səhnə performansı özü ilə bərabər teatra yeni nəfəs, yeni rəng və tamaşaçı ilə obrazın dialoqunu geri qaytarır.

Ümumilikdə Amaliya Pənahovanın teatr yaradıcılığında görkəmli dramaturq İlyas Əfəndiyevin pyesləri önəmli yer tutur. “Mənim günahım”ın Nurcahanı, “Unuda bilmirəm”in Nərmini, “Sən həmişə mənimləsən”in Nargiləsi, “Mahnı dağlarda qaldı”nın Şahnazı aktrisa üçün əlverişli bədii mühit yaratmış, onun teatr portretinin formalaşmasında əsaslı rol oynayıb. Məhz bu obrazlar Xalq artistinin sənət yolunun böyük bir mərhələsini müəyyənləşdirən parlaq səhifəyə çevrilib. Bu obrazların hər biri qadın taleyində sevgi və məsuliyyət, vicdan və əzab kimi həyati anlayışlara yönəlmiş fəlsəfi baxışları özündə ehtiva edirdi. Aktrisa isə həmin surətləri yalnız hadisələrin daşıyıcısı kimi deyil, daxili konfliktin mərkəzində dayanan canlı mənəvi varlıq kimi tamaşaçıya ötürürdü.

Xalq artistinin qadın personajlarının xarakterik keyfiyyətləri bəzən bir-birinə oxşar doğulsa da, Amaliya Pənahova peşəkarlığında tamamilə başqa bir estetika ilə yoğrulur, başqa bir görkəmdə, başqa bir bədii-teatral biçimdə təqdim olunurdu.

Tomrisdən Natəvana, Medeyadan Burla Xatuna, Məhsətidən Larisaya, Ofeliyadan Linzaya kimi fərqli-fərqli və ziddiyyətli xarakterlər peşəkar teatr aktrisasının özünü sübut etməsində fundamental əsasa malik olub. Tarixi-mifoloji qəhrəmanlardan klassik Avropa dramaturgiyasının faciəvi qadın obrazlarına, milli teatr ənənəsinin poetik surətlərindən müasir psixoloji obrazlara qədər bu müxtəliflik Pənahovanın mədəniyyətlərarası sərhədləri aşma qabiliyyətinin təsdiq forması kimi özünü göstərir.

Amaliya Pənahovanın böyük və fədakar teatr yaradıcılığı təkcə səhnə fəaliyyəti ilə məhdudlaşmır. Məhz onun təşəbbüsü ilə 1992-ci ildə Bakı Bələdiyyə Teatrı yaradılır ki, bu da struktur və təşkilatlanma prinsiplərinə görə də yenilik demək idi. Burada əsas diqqət çəkən məqam Azərbaycan milli teatrına bələdiyyə teatrı modelinin gətirilməsi idi. Onun Bakı Bələdiyyə Teatrında quruluş verdiyi “Tomris”, “Mənim Ərdəbilim”, “Vətənə igidlər gərək”, “Dəli Domrul” tamaşaları çox qısa zamanda fərqli quruluş, fərqli baxış və fərqli model baxımından özünü doğrultmağı bacarmış və bu tamaşalar ölkəmizlə yanaşı, qastrol səfərlərində də böyük uğurlar qazanmışdı.

“Əhməd haradadır?” filmindəki Məsmə obrazı isə Xalq artistinin yaradıcılıq bioqrafiyasında zahirən epizodik xarakter daşısa da, mahiyyət etibarilə böyük kinoya gəlişinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir. Məsmə rolu hər nə qədər epizodik olsa da, məhz bu “kiçik meydan” onun sənət yolunda özünü təsdiqləməsi üçün kifayət edir və sonralar “Cazibə qüvvəsi”, “Sən niyə susursan?”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı”, “Qəribə adam”, “Mən mahnı qoşuram”, “Gözlə məni”, “Arxadan vurulan zərbə” kimi filmlərdə müxtəlif rəngli obrazlara can verir.

Şübhəsiz, Amaliya Pənahovanın kino yaradıcılığının zirvəsi Xalq artisti Eldar Quliyevin rejissorluğunu etdiyi “Babək” filmindəki Zərnisə obrazıdır. Zərnisə obrazında aktrisa qadını yalnız tarixi şəxsiyyətin həyat yoldaşı kimi deyil, eyni zamanda ana, mübarizə yoldaşı və ideya daşıyıcısı kimi təqdim edir. Onun hiss və duyğuları zahiri pafosdan uzaq, daxili yanğı və təbii emosional gərginlik üzərində qurulur. Məhz bu keyfiyyətlər sayəsində obraz tamaşaçının şüurunda sadəcə tarixi bir fiqur kimi deyil, canlı və taleyüklü bir insan siması kimi həkk olunur. Qısası, Zərnisə bir xarakter olaraq Amaliya Pənahovanın kino yaradıcılığında sənət təcrübəsinin ən yüksək ifadə forması kimi qiymətləndirilməlidir.

Görkəmli teatr və kino aktrisasının zəhmətkeş və fədakar sənət yolu dövlət tərəfindən qiymətləndirilmiş və 1972-ci ildə Dövlət mükafatına, 1985-ci ildə isə Xalq artisti adına layiq görülüb. 2015-ci ildə isə aktrisa Prezidentin Fəxri diplomu ilə təltif edilib.

Bu gün Azərbaycan teatr və kino sənəti özünün tarixi-ənənəvi estetik yaddaşına sadiqlik prinsipini qorumaqla müasir dövrün estetik, texnoloji və ideya çağırışları ilə paralel şəkildə inkişaf edir. Kino və teatr sənəti zamanın dəyişkən ritminə uyğunlaşmaqla yanaşı, milli mədəniyyətin genetik kodunu təşkil edən mənəvi dəyərləri, bədii düşüncə tərzini və klassik sənət məktəblərindən süzülüb gələn yaradıcılıq təcrübəsini ardıcıl şəkildə yaşadır və gələcək nəsillərə ötürür.

Amaliya Pənahovanın ifa mədəniyyəti və səhnə düşüncəsi milli teatr məktəbinin klassik ənənələri ilə müasir bədii axtarışların vəhdətini təşkil edərək, Azərbaycan aktyorluq sənətinin inkişaf trayektoriyasını müəyyənləşdirən əsas istinad nöqtələrindən birinə çevrilib. Bu elə bir zirvədir ki, oradan Azərbaycanın kino və teatr tarixinin dünəni, bu günü və sabahı aydın görünür. Bu mənada, həmin aydınlığı borclu olduğumuz sənətkarlardan biri də məhz elə Amaliya Pənahova şəxsiyyətinin özüdür.(Report)

Ruhu şad olsun!

Continue Reading

Previous: Yol polisi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib
Next: “Valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid anlayışdan istifadə olunması təklifi son oxunuşda qəbul edilib

Bölmənin digər xəbərləri

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb
  • Gündəm

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb

21 Fevral, 2026
Heyvandarlıq məhsullarının istehsalı azalıb
  • Cəmiyyət

Heyvandarlıq məhsullarının istehsalı azalıb

21 Fevral, 2026
Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA
  • Cəmiyyət

Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA

21 Fevral, 2026

Top 7 Xəbər

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb 1

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb

21 Fevral, 2026
Heyvandarlıq məhsullarının istehsalı azalıb 2

Heyvandarlıq məhsullarının istehsalı azalıb

21 Fevral, 2026
Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA 3

Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA

21 Fevral, 2026
Federasiyaya yeni baş katib təyin edildi 4

Federasiyaya yeni baş katib təyin edildi

21 Fevral, 2026
Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb 5

Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb

21 Fevral, 2026
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var 6

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var

21 Fevral, 2026
Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi – Rütbəsi artırıldı 7

Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi – Rütbəsi artırıldı

21 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 954)
  • Dünya (3. 209)
  • Gündəm (11. 212)
  • İdman (627)
  • İqtisadiyyat (571)
  • Kateqoriyasızlar (463)
  • Kriminal (1. 339)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 947)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8954) Dünya (3209) Gündəm (11212) Kateqoriyasızlar (463) Kriminal (1339) Mədəniyyət (335) Siyasət (2947) Texnologiya (14) İdman (627) İqtisadiyyat (571)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb 21 Fevral, 2026
  • Heyvandarlıq məhsullarının istehsalı azalıb 21 Fevral, 2026
  • Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA 21 Fevral, 2026
  • Federasiyaya yeni baş katib təyin edildi 21 Fevral, 2026
  • Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb 21 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.