Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 056)
  • Dünya (3. 257)
  • Gündəm (11. 374)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Mədəniyyət

Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da
Cavidan 16 İyul, 2025

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Bakı Kitab Mərkəzində olublar.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonağa mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Bakı Kitab Mərkəzi 2018-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Mərkəz kitab satışına yeni yanaşma gətirərək, Azərbaycan, rus, türk, ingilis və digər dillərdə müxtəlif janrlarda kitablar təqdim edir. Sahəsi 2500 kvadratmetr olan Mərkəzin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri nümayiş olunur. Birinci mərtəbədə, həmçinin “I Love Baku” brendinin, “Azərpoçt” MMC-nin məhsulları, Azərbaycan dilində və xarici dillərdə dünya bestsellerləri, klassik ədəbiyyat, qeyri-bədii əsərlər, incəsənət albomları, turist bələdçiləri, dəftərxana malları və hədiyyələr mövcuddur. Kitab satışına əlavə olaraq birinci mərtəbədə “Coffeemood” adlı kafe fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün xüsusi bölmə, uşaqlar üçün guşə, müxtəlif tədbirlərin keçirilməsi və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş sahələr mövcuddur.

Bakı Kitab Mərkəzində kitabsevərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə imkanlar da var. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, imza saatları, uşaqlar üçün “Oxu” saatları və yaradıcılıq dərnəkləri, beynəlxalq təşkilatlar, eləcə də xarici səfirliklərlə birgə təşkil olunan tədbirlər keçirilir. Müxtəlif yerlərdə quraşdırılmış monitorlarda yeni kitablar haqqında məlumatlar təqdim olunur. Sensor ekranlar vasitəsilə Mərkəzdə mövcud olan bütün kitablar haqqında məlumat əldə etmək mümkündür.

Sonda Bakı Kitab Mərkəzi adından qonağa xatirə hədiyyəsi təqdim olunub.

Continue Reading

Previous: “CineMastercard”da “Aşkın Yüzü” filminin nümayişi başlayır
Next: Həsən Məmmədovun oğlu VƏFAT ETDİ

Bölmənin digər xəbərləri

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
  • Mədəniyyət

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

2 Mart, 2026
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir
  • Mədəniyyət

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

24 Fevral, 2026
Səidə narkotik iddialarına belə CAVAB VERDİ
  • Mədəniyyət

Səidə narkotik iddialarına belə CAVAB VERDİ

23 Fevral, 2026

Top 7 Xəbər

Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır 1

Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır

10 Mart, 2026
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO 2

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO

10 Mart, 2026
Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH 3

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH

10 Mart, 2026
Sabah ölkə üzrə pensiyalar ödəniləcək 4

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

10 Mart, 2026
Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək 5

Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək

10 Mart, 2026
Sabah hava yağıntılı olacaq 6

Sabah hava yağıntılı olacaq

10 Mart, 2026
FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb 7

FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb

10 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 056)
  • Dünya (3. 257)
  • Gündəm (11. 374)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9056) Dünya (3257) Gündəm (11374) Kateqoriyasızlar (471) Kriminal (1346) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (634) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır 10 Mart, 2026
  • Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO 10 Mart, 2026
  • Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH 10 Mart, 2026
  • Sabah ölkə üzrə pensiyalar ödəniləcək 10 Mart, 2026
  • Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək 10 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.