Skip to content
18 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 091)
  • Dünya (3. 268)
  • Gündəm (11. 428)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Mədəniyyət

Ankarada Nizami Gəncəvinin türk dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub

Fevralın 22-də Azərbaycanın Ankaradakı səfirliyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin daha bir poemasının – “Sirlər xəzinəsi”nin türk dilinə
Cavidan 22 Fevral, 2025

Fevralın 22-də Azərbaycanın Ankaradakı səfirliyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin daha bir poemasının – “Sirlər xəzinəsi”nin türk dilinə tərcüməsinin təqdimat mərasimi olub.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, nizamişünaslar, ekspertlər, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir R.Məmmədov Nizami irsini “bütün bəşəriyyətin, o cümlədən Türk dünyasının sərvəti” adlandırıb. “Sevindirici haldır ki, Azərbaycanın dahi oğlunun əsərləri türk dilinə də tərcümə olunur ki, bu da müasir Türkiyənin 85 milyonluq əhalisi arasında dahi Nizami haqqında ən dolğun məlumatın formalaşmasına kömək edir”, – deyə diplomat qeyd edib.
Diplomatik nümayəndəliyin rəhbəri Nizami Gəncəvi irsi mövzusunda nəşrlərin sayının artacağına ümid etdiyini bildirib.
Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında dahi Nizaminin kitabının tərcüməsinin təqdimatında iştirakı qürur mənbəyi adlandırıb. “Nizaminin misraları bu gün də dünyada milyonlarla insan üçün bələdçidir”, – deyən nazir müavini Azərbaycan dövlətinin dahi şair və mütəfəkkirin irsinin təbliğinə daim xüsusi diqqət yetirdiyini, yubiley tədbirləri təşkil etdiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə dövlət strukturlarının təşəbbüsü ilə vaxtaşırı olaraq Nizamiyə həsr olunmuş görüşlər və tədbirlər keçirilir.
F.Cəfərov əmin edib ki, bu tədbirlər davam etdiriləcək, o cümlədən Nizami Gəncəvinin əsərlərinin tərcümələrinin beynəlxalq kitab sərgilərində təqdimatı keçiriləcək.
Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək məlumat verib ki, məşhur “Xəmsə”nin bütün beş əsəri 2026-cı ilə qədər orijinaldan türk dilinə tərcümə olunacaq. O əlavə edib: “Bu gün türk oxucuları artıq iki əsərlə – “İsgəndərnamə” və “Sirlər xəzinəsi” ilə tanış ola bilərlər. Gələcəkdə Azərbaycanın bir çox başqa şair və yazıçılarının da əsərlərinin türk dilinə tərcüməsini mərhələli şəkildə həyata keçirməyi planlaşdırırıq”.
Tərcümənin müəllifi, Atatürk Universitetinin (Ərzurum) Fars dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Nimet Yıldırım bildirib ki, Türkiyədə ümumi oxucu auditoriyası Nizaminin əsərləri ilə tam şəkildə tanış deyil. O, hazırda “Leyli və Məcnun”un orijinaldan tərcüməsi üzərində işlərin davam etdiyini bildirib. “2026-cı ilin ortalarına qədər biz “Xəmsə”nin tam tərcüməsini hazırlamağı və dahi Nizami Gəncəvinin “Divan”ına keçməyi planlaşdırırıq”, -deyə Yıldırım qeyd edib.
Onun fikrincə, Nizami yaradıcılığı fars dilini zənginləşdirib. “Diqqətəlayiqdir ki, böyük mütəfəkkirin qələmindən əvvəllər farsca işlənməyən yüzlərlə söz və ifadə çıxıb. Bu fakt fars dilinin izahlı lüğətlərində də qeydlə öz əksini tapıb: ilkin mənbə Nizamidir”, -deyən alim vurğulayıb ki, Azərbaycanın dahi oğlunun irsinin təbliğinə töhfə vermək onun üçün böyük şərəfdir.
Səfir R.Məmmədov layihənin müəllifinə dahi Nizaminin doğulduğu yer – Gəncə şəhərinə həsr olunmuş kitab, Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov isə professora təşəkkür plaketi təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Nizaminin yaşayıb-yaratdığı tarixi dövr haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycanın dahi oğlunun əsərləri hələ onun sağlığında geniş şəkildə tanınıb.
Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Türkiyə ictimaiyyətinin uzun müddət Nizami Gəncəvini fars şairi kimi qəbul etməsindən təəssüfləndiyini bildirib. “Sevindirici haldır ki, bu təhrif olunmuş fikir Azərbaycanın dahi oğlunun əsərlərinin türk dilinə tərcüməsi sayəsində də dəyişir”, -deyə şair vurğulayıb. O qeyd edib ki, dahi Nizami irsi əsrlərboyu dünya şərqşünasları arasında ehtiram və rəğbətlə qarşılanıb.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov mədəniyyət sahəsinə dövlət dəstəyinin vacibliyini qeyd edib. O deyib: “Prezident İlham Əliyevin qərarları bütün Azərbaycan mədəniyyəti üçün güclü stimuldur. Bunun ən son sübutu Bəxtiyar Vahabzadənin 100 illik yubileyi haqqında Sərəncamdır”. Nizaminin əsərlərinin hazırda dünyanın bütün aparıcı kitabxanalarının kolleksiyalarında yer aldığını qeyd edən K.Tahirov bildirib ki, dünya üzrə nizamişünasların və tərcüməçilərin səylərini dəstəkləməyə, onları Nizaminin əsərlərinin bütün mövcud elektron variantları ilə tanış etməyə hazırdır.
Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov Nizami Gəncəvinin türk dilində kitablarının nümayiş etdirildiyi stendlə tanış olub.
AZƏRTAC

Ankarada Nizami Gəncəvinin türk dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub

Continue Reading

Previous: Mətbuatın 150 illiyi yubiley medalı TƏSİS EDİLDİ
Next: Ağadadaş Ağayevə hökm oxunub

Bölmənin digər xəbərləri

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
  • Mədəniyyət

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

13 Mart, 2026
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi
  • Mədəniyyət

Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi

13 Mart, 2026
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
  • Mədəniyyət

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

2 Mart, 2026

Top 7 Xəbər

Bu ərazilərdə işıq olmayacaq 1

Bu ərazilərdə işıq olmayacaq

18 Mart, 2026
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir 2

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir

18 Mart, 2026
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib 3

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

18 Mart, 2026
Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 4

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 5

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 6

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 7

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 091)
  • Dünya (3. 268)
  • Gündəm (11. 428)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9091) Dünya (3268) Gündəm (11428) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2968) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bu ərazilərdə işıq olmayacaq 18 Mart, 2026
  • UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir 18 Mart, 2026
  • Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib 18 Mart, 2026
  • Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 17 Mart, 2026
  • Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.