Skip to content
21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 720)
  • Dünya (3. 131)
  • Gündəm (10. 892)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

Milli geyimlərimiz filmlərdə… – Video

Cavidan 6 Avqust, 2024

Nostalji hislərlə baxdığımız, çox xırdalıqlara toxunan, yaddaşımızda gözəl xatirələr buraxan, bir sıra nəsillərin tərbiyəsinə ciddi təsir göstərən filmlərimiz sovet dönəmində çəkilməsinə baxmayaraq Azərbaycan milli geyimlərinin nümayişində, təzahüründə, təbliğatında mühüm rol oynayıb.

Yenixeber.org xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetin regionşünaslıq kafedrasının müdiri, etnoqraf Sevdagül Əliyeva deyib.

Onun sözlərinə görə, geyimlərlə bağlı ən qədim dövrü “Dədə Qorqud” filmində görmək mümkündür.

Baxmayaraq ki, film 1975-cı ildə çəkilib, amma ondan əvvəl və sonra çəkilən filmlərdən daha erkən dövrün geyimlərini bizə göstərir. Bunlar hansı geyimlərdir? O geyimlər haqda yazılı mənbəmiz yoxdur. Bunun üçün biz pul vahidlərinin, dəmir qabların üzərinə, əlyazmaların yanında çəkilmiş nələrəsə baxa bilərik. Manna dövründə Cənubi Azərbaycan ərazisində, Həsənlidə qızıl cam tapılıb. Onun üzərində Manna dövrü insanlarının geyimi var. Bunlar dizə qədər və dizdən aşağı kətana oxşar suf kimi parçadan hazırlanmış atma geyimlərdir. Onların çiyin bərkidilən yerləri daha çox ellin mədəniyyətini xatırladır. Makedoniyalı İsgəndərin şəkillərinə baxsaq xeyli oxşarlıqla görə bilərik. Ona görə bu, bizimki sayıla bilmir. Bu, bizə gələn təsirlərdir.

“Babək”dəki geyimlər əvvəlki filmlərdən təkrardır. Babəkin döyüşçüləri “Nəsimi”dəki döyüşçülərin geyimini geyiniblər.

12-ci əsrə aid film isə 1982-ci ildə çəkilən “Nizami”dir. Orda başdan-ayağa qədər hər kəs ərəb geyimindədir. Uzun köynəklər, onun üzərindən uzun arxalıqlar, qurşaq, əmmamələr…Filmdə qadınların başında kəlayağılar var, amma onlar müxtəlif formalarda bağlanıb və bağlama formasında yenə də ərəb stili gözə çarpır.

Geyimlərimizlə bağlı ensiklopediyaya baxmaq istəyirsinizsə “O olmasın, bu olsun”, “Arşın mal alan”ın ilk versiyası, “Dəli Kür” filmini izləyin. Filmdə bir səhnə var, qadınlar sırğalarını göstərmək üçün kəlayağılarını qulağın arxasına keçirirlər. Hətta həmin dövrdə hamının başı bağlı gəzməsinə baxmayaraq onu açmaq olarmış.

“Dərviş Parisi partladır” filmində isə biz Qarabağ geyimlərini görürük. Həmin filmdə gözəl aktrisa Leyla Bədirbəylinin istifadə etdiyi zinət əşyalarının bəzisi öz evindən gətirdikləri olub. Amma təəssüflər olsun ki, araşdırma zamanı Azərbaycan filmləri içərisində Səfəvi dövrünün geyimlərini görmədim”.

Etnoqraf baş geyimlərinin əhəmiyyətdən də danışıb.

“Milli geyimdə diqqətimizi cəlb edən ilk nüans baş geyimləridir. İnsanlar baş geyimini çox bahalı materialdan tikdirirdilər. Ərəblərdən sonra isə əmmamələr çox dəbə düşdü. Fikir versəniz, əmmamələr insanların bədən ölçüsü ilə assosiasiya olunurdu. Geyim araşdırmaçıları əmmamələrin çox funksiyalı olduğunu qeyd edirlər”.

Sevdagül Əliyeva həmçinin şəxsi kəlayağı kolleksiyası olduğunu bildirib.

“Hansı xarici ölkəyə getsəm mütləq kəlayağım üzərimdə olur. Hamıya kəlayağı hədiyyə edirəm. Özümün də kəlayağı kolleksiyam var. Onlar mənə anamdan, bacımdan bir sözlə qohumlardan yagidardır. Kolleksiyamda gəlin gətirəndə istifadə olunan bir kəlayağı var, üzərində “Toyunuz mübarək” yazılıb. İndi belə kəlayağılar tapmaq mümkün deyil. Ən qədimi kəlayağım 1960-cı illərə aiddir”.

Qeyd edək ki, “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın milli geyimlərinin təbliği – Ənənədən gələcəyə” adlı layihəni həyata keçirir.

Məqsəd Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfimizdir.

Continue Reading

Previous: “İyulda 754 nəfərin diplomu tanınıb”
Next: Deputatların 74 faizi yenidən NAMİZƏDDİR

Bölmənin digər xəbərləri

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib
  • Cəmiyyət

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər
  • Cəmiyyət

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21 Yanvar, 2026
Sabah hava yağmursuz olacaq – PROQNOZ
  • Cəmiyyət

Sabah hava yağmursuz olacaq – PROQNOZ

21 Yanvar, 2026

Top 7 Xəbər

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 1

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 2

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21 Yanvar, 2026
Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq 3

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

21 Yanvar, 2026
Sabah hava yağmursuz olacaq – PROQNOZ 4

Sabah hava yağmursuz olacaq – PROQNOZ

21 Yanvar, 2026
Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub – YENİLƏNİB 5

Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub – YENİLƏNİB

21 Yanvar, 2026
Kataloniyada qatarların hərəkəti dayandırılıb 6

Kataloniyada qatarların hərəkəti dayandırılıb

21 Yanvar, 2026
Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək 7

Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək

21 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 720)
  • Dünya (3. 131)
  • Gündəm (10. 892)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8720) Dünya (3131) Gündəm (10892) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2924) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 21 Yanvar, 2026
  • Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 21 Yanvar, 2026
  • Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq 21 Yanvar, 2026
  • Sabah hava yağmursuz olacaq – PROQNOZ 21 Yanvar, 2026
  • Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub – YENİLƏNİB 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.