Skip to content
22 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 480)
  • Dünya (3. 377)
  • Gündəm (11. 789)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Mədəniyyət

Möhsün Sənaninin doğum günüdür

Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Onun adı
Cavidan 19 İyun, 2024

Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Onun adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Aktyorun repertuarı zəngin və mürəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə – oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur.

Yenixeber.org xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin anadan olmasından 124 il ötür.

Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.

Mola Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, “Şeytanbazar”da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə özünü sınamağa başlayır. Möhsünün ilk rejissoru “Tiflis müsəlman artistləri dəstəsinin müqtədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur”. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndürmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası “Vano dayı” tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.

Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.

Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşıyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyli və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olub.

1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. adını çəkə bilərik. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.

Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək kifayətdir.

Əlli il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir

Continue Reading

Previous: Məşhur müğənni niyə telefondan istifadə etmir? – Bir dəfə atamla nahar edirdim…
Next: Oğru mədəniyyət naziri təyin edildi

Bölmənin digər xəbərləri

“Energetika Memarlığı” filmi təqdim olunub
  • Mədəniyyət

“Energetika Memarlığı” filmi təqdim olunub

20 May, 2026
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub
  • Mədəniyyət

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub

13 May, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO
  • Mədəniyyət

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026

Top 7 Xəbər

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək 1

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

22 May, 2026
İslam Rzayev haqda – Yeni qərar 2

İslam Rzayev haqda – Yeni qərar

22 May, 2026
Naxçıvana uçuşlar bərpa edildi 3

Naxçıvana uçuşlar bərpa edildi

22 May, 2026
Vəzifəli şəxs vəfat etdi – Foto 4

Vəzifəli şəxs vəfat etdi – Foto

22 May, 2026
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub 5

Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub

22 May, 2026
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb 6

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

21 May, 2026
Suriya G7 sammitinə dəvət olundu: “Böyük Yeddilik” tarixində bir ilk 7

Suriya G7 sammitinə dəvət olundu: “Böyük Yeddilik” tarixində bir ilk

21 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 480)
  • Dünya (3. 377)
  • Gündəm (11. 789)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9480) Dünya (3377) Gündəm (11789) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (350) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək 22 May, 2026
  • İslam Rzayev haqda – Yeni qərar 22 May, 2026
  • Naxçıvana uçuşlar bərpa edildi 22 May, 2026
  • Vəzifəli şəxs vəfat etdi – Foto 22 May, 2026
  • Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.