Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Mədəniyyət
  • Şeyx Əbdül: “Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır” – AÇIQLAMA
  • Gündəm
  • Mədəniyyət

Şeyx Əbdül: “Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır” – AÇIQLAMA

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı sabah baş tutacaq. Konfransın gündəliyinə birləşmiş
Cavidan 5 Mart, 2024
1187731 (1)

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı sabah baş tutacaq.

Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

Məsələ ilə bağlı açıqlama verən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) qeyd edib ki, kino ittifaqlarının birləşməsi üçün illərdir, mübarizə aparır:

“Konfrans keçirilməsi mənim ideyam, təşəbbüsüm idi. Kino ittifaqlarının birləşməsi üçün illərdir ki, mübarizə aparıram. Hər iki ittifaqın sədri şəxsi maraqlarını güdür. Mənim haqqımda da nə gəldi danışırlar. Kino əsl kinematoqrafçıların mənəvi valideynidir. Cəmiyyəti və xalqı bütün dünyaya tanıdan kinodur. Çörək verənə xəyanət etmək olmaz. Kreslo insanları dəyişir. Sədrlərin heç biri bu günə qədər hansısa təşəbbüs göstərməyib.

Uzun illər mübarizə aparmışam. Məndən başqa, kinoya təmənnasız xidmət edən adam qalmayıb. 80 yaşım var. 60 ildir kinodayam”.

Ə.Mahmudov kino sahəsinin durumundan gileylənib:

“Sabah hər iki sədrə təşəkkürümü bildirəcəyəm ki, “şükür, haqqa, ədalətə gələ bildiniz”. Otuz ildir ki, kinomuz pis vəziyyətə salınıb, parçalanıb. Kino cameəsini parçalamaq olmaz. Bir kinonun adına iki ittifaq yaradılıb. Söz tapmaq olmur. Sabah konfransda çıxış edəcəyəm. Hegemonluq olmasın deyə ittifaqın nəzdində tam müstəqil şəkildə ya ağsaqqallar şurası, ya da məsləhət şurasının yaradılmasını təklif edəcəyəm. Bunlar sırf kino adamlarından ibarət olmalıdır.
Dövlət maliyyə vəsaiti ayırır. Lakin şəxsi maraqlarından əl çəkməyənlərə görə kino geridə qalıb. Şəfiqə xanım (Məmmədova, ARKİ sədri – red.) ittifaqı xaraba qoyub. Pulları geri qaytarmalıdır. Bizdən əl çəksin. 80 yaşlı adamdan sədr olmaz”.

“Mən sədrliyə elə bir adamı təklif edəcəyəm ki, hər kəs təəccüblənəcək. Namizədin adını sabah açıqlayacağam”, – deyə Ə.Mahmudov əlavə edib.

Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır. (Oxu)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bakıda tıxac olan yolların SİYAHISI
Next: Azərbaycanda Od çərşənbəsi qeyd olunur

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-19 174144
  • Cəmiyyət

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

Cavidan 19 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.