Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 088)
  • Dünya (3. 268)
  • Gündəm (11. 424)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

Azərbaycan incəsənətinə ağır itki baş verdi – FOTO

Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov vəfat edib. Addim.az xəbər verir ki, o, bu gün
Cavidan 23 Dekabr, 2022

Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov vəfat edib.

Addim.az xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Qurbanov Oruc İzzət oğlu 1949-cu ildə fəhlə ailəsində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Dram və kino aktyorluğu” ixtisası üzrə təhsil alıb. 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu kursunu bitirib.
1974-79-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Onlarla teatr, radio və televiziya tamaşalarına quruluşlar verib.

Ayrı-ayrı illərdə ölkənin dövlət teatrlarında baş rejissor vəzifələrində çalışan O.Qurbanov 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş “Haray” bədii filmini çəkib. 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

O.Qurbanov 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın “Dirilən adam” romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu səhnə əsəri ilin ən uğurlu tamaşası, O.Qurbanov isə ilin ən yaxşı rejissoru nominasiyası üzrə “Qızıl Dərviş” mükafatına layiq görülub. O.Qurbanov dəfələrlə Azərbaycan Prezidentinin mükafatçısı olub.

2018-2021-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışan O.Qurbanov ömrünün son günlərinə kimi bu sənət ocağında quruluşçu rejissor kimi əmək fəaliyyətini davam etdirib.

O.Qurbanov teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərib. O, on iki cildlik roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir.

Allah rəhmət eləsin!

9e90484c-9d86-3804-9a70-bbff808a47a1_850.jpg (108 KB)

Continue Reading

Previous: Təmirə dayandırılan Bakı-Quba yolu bu gün istifadəyə veriləcək
Next: İlham Əliyev “Xocəsən” stansiyasının açılışında iştirak edib

Bölmənin digər xəbərləri

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir
  • Dünya

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib
  • Cəmiyyət

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb
  • Gündəm

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026

Top 7 Xəbər

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 1

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 2

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 3

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 4

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 5

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir 6

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir

17 Mart, 2026
Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb 7

Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 088)
  • Dünya (3. 268)
  • Gündəm (11. 424)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9088) Dünya (3268) Gündəm (11424) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2967) Texnologiya (14) İdman (637) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 17 Mart, 2026
  • Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 17 Mart, 2026
  • Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 17 Mart, 2026
  • Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 17 Mart, 2026
  • Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.