Xəbər verdiyimiz kimi, “Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən getdiyini açıqlayıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatından verilən məlumata görə, Azərbaycanın “Avroviziya” Beynəlxalq Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.
Qeyd edək ki, gələn il müsabiqə Böyük Britaniyada keçiriləcək.