Skip to content
5 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 040)
  • Dünya (3. 246)
  • Gündəm (11. 347)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (469)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Mədəniyyət

Bu gün Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli
Cavidan 2 Avqust, 2022

Bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Continue Reading

Previous: Yaylaq Festivalından razılıq edən də var imiş… – AÇIQLAMA
Next: “Xanımım islamı qəbul etmiş ukraindir” – Jah Khalib

Bölmənin digər xəbərləri

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
  • Mədəniyyət

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

2 Mart, 2026
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir
  • Mədəniyyət

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

24 Fevral, 2026
Səidə narkotik iddialarına belə CAVAB VERDİ
  • Mədəniyyət

Səidə narkotik iddialarına belə CAVAB VERDİ

23 Fevral, 2026

Top 7 Xəbər

Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib 1

Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib

5 Mart, 2026
Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır 2

Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır

5 Mart, 2026
İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir 3

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

5 Mart, 2026
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 4

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

5 Mart, 2026
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb 5

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

5 Mart, 2026
İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı – Ümumiləşdirmə 6

İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı – Ümumiləşdirmə

5 Mart, 2026
Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır 7

Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır

5 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 040)
  • Dünya (3. 246)
  • Gündəm (11. 347)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (469)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9040) Dünya (3246) Gündəm (11347) Kateqoriyasızlar (469) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2960) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib 5 Mart, 2026
  • Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır 5 Mart, 2026
  • İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir 5 Mart, 2026
  • İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 5 Mart, 2026
  • Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb 5 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.