Skip to content
9 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 049)
  • Dünya (3. 257)
  • Gündəm (11. 365)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib.“Report”un əldə etdiyi məlumata görə, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsində
Cavidan 8 Aprel, 2022

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsində çıxarılıb.
Belə ki, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə sabiq dekan müavini Anar Yusifovun barəsində olan hökmdən verilən apellyasiya protestinə baxılıb.
Məhkəmə apellyasiya prostestini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Qərara əsasən, A.Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib.
İttiham aktına əsasən, A.Yusifov 2015-2020-ci illərdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini vəzifəsində çalışıb. O, vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd edib.
Eyni zamanda, cinayət matereallarında qeyd edilib ki, A.Yusifov qeyrisini rüşvət qismində pul verməyə təhrik edib.
Belə ki, A.Yusifov 2019-cu ildə tanışı Həmzəyev Tural Nəsib oğlu vasitəsi ilə tanıdığı Qəhrəmanova Ülviyyə Tahir qızının Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismində qəbul edilməsində köməklik göstərməsi vədini verib. Buna görə Ü.Qəhrəmanova ona ümumilikdə 2 min manat pul verib. Daha sonra o, qadından yenidən 3 min manat pul istəyib. Ü.Qəhrəmanova isə işin uzandığını görərək onun istədiyi pulu verməyib və hüquq mühafizə orqanlarına müraciət edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifova şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Continue Reading

Previous: Azərbaycan-İran sərhədində atışma: Ölən var
Next: Gecə klubunda xəsarət alanlardan daha bir nəfər vəfat ETDİ

Bölmənin digər xəbərləri

Bülbülədə məsciddə yatan şəxsi öldürənə hökm oxunub
  • Kriminal

Bülbülədə məsciddə yatan şəxsi öldürənə hökm oxunub

5 Mart, 2026
Gəncədə qəza olub, bir nəfər ölüb
  • Kriminal

Gəncədə qəza olub, bir nəfər ölüb

4 Mart, 2026
İsmayıllıda üç avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var
  • Kriminal

İsmayıllıda üç avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var

28 Fevral, 2026

Top 7 Xəbər

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 1

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib

9 Mart, 2026
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 2

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 3

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026
İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 4

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb

9 Mart, 2026
İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır 5

İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır

9 Mart, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək 6

Sabah Bakıda hava yağmursuz keçəcək

9 Mart, 2026
Bəhreynin “Bapco Energies” şirkəti fors-major elan edib 7

Bəhreynin “Bapco Energies” şirkəti fors-major elan edib

9 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 049)
  • Dünya (3. 257)
  • Gündəm (11. 365)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9049) Dünya (3257) Gündəm (11365) Kateqoriyasızlar (471) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 9 Mart, 2026
  • Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 9 Mart, 2026
  • Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 9 Mart, 2026
  • İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 9 Mart, 2026
  • İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır 9 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.