Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • “Feministlərə qoşulandan məni saymırdı” – Arvadını qətlə yetirən
  • Kriminal

“Feministlərə qoşulandan məni saymırdı” – Arvadını qətlə yetirən

Cavidan 10 Mart, 2022
1646907002_6229cd126f5736229cd126f57416469066426229cd126f5716229cd126f572

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qətıə yetirilən Sevinc Məhərrəmovanın atası Yalçın Məhərrəmov ifadə verib. Y.Məhərrəmov bildirib ki, qızı ailə qurandan 3 ay sonra ərindən narazılıq etməyə başlayıb: “Tez-tez mübahisələri olurdu, qızımı döyürdü. Axırıncı dəfə oğlanın işi polisə verilmişdi. İşi polisdə idi. Yəqin ki, ona görə öldürüb qızımı”.

Şahidin ifadəsinə münasibət bildirən təqsirləndirilən şəxs Yalçın Məhərrəmovun ifadəsinin yalan olduğunu deyib:

“Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra qaçıb getmişdi atasının evinə. Dedi darıxıram. Bir müddətdən sonra qayıtdı. Amma sonradan yenə xəbərsiz çıxıb gedirdi. Axırıncı dəfə də evdən qaçanda qayınatamı zəng edib çağırdım. O da gəldi, axtardıq, tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram artıq öldür, mənim üçün o qız ölüb. Dedim mən niyə öldürürəm?”

Sevinc Qarayevanın anası Mətanət Məhərrəmova da məhkəmədə ifadə verib. Zərərçəkmiş şəxsin anası da həmişə qızının evində problemlər yaşandığını bildirib: “Həmişə evində qırğın-dava olurdu. Deyirdi ki, kanalizasiya tutulduğuna görə məni döyüb. Ona görə adam döyərlər? Axırıncı dəfə mart ayında pis döyülmüşdü. Sevinc gəldi bizə, bədəni gömgöy idi. Bir neçə gün qaldı bizdə. Mən dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox, mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, başını bişirdi, qız da getdi. Gedəndən 10 gün sonra da öldürüldü”.

Mərhumun anası qızının feministlərə qoşulması barədə suala isə “Feministlər qızıma köməklik edirdilər. Onun ailə problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub pis yola getməyib ki? Onlar hamısı qadınlar idi, kişilər yox”, – deyə cavab verib.

Təqsirləndirilən şəxs F. Qarayev bildirib ki, onun həyat yoldaşını yoldan çıxarıblar: “Mənim həyat yoldaşımı xalası qızı yoldan çıxarıb feministlərə qoşub. Yoldaşım feministlər qoşulandan məni saymırdı, qətlin səbəbi də budur”.

Zərərçəkmişin qonşusu Əli Həmidov da şahid qismində dindirilib. Şahidin sözlərinə görə, Füzuli həyat yoldaşını qətlə yetirən sonra onlara gəlib, daha sonra polisə məlumat verib.

Ə.Həmidov, həmçinin ifadəsində təqsirləndirilən şəxsin yaxşı qonşu olduğunu, ailəsində problemlər yaşanmasından xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, ötən il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI
Next: Lavrov vurulan doğum evini “hərbi baza” adlandırdı

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 160124
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

Cavidan 4 İyul, 2026
s1LvCOTdpb v
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Cavidan 25 İyun, 2026
1782306181 b
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.