Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 332)
  • Dünya (3. 345)
  • Gündəm (11. 683)
  • İdman (647)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

“Tərtər işi” ilə bağlı daha 3 nəfər HƏBS EDİLDİ

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yayıb. Addim.az a daxil olan məlumatda deyilir: “Xəbər verildiyi kimi, Azərbaycan
Cavidan 9 Fevral, 2022

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yayıb.

Addim.az a daxil olan məlumatda deyilir:

“Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır. Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur. Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilmişdir. Eyni zamanda, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilmiş və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”.

Continue Reading

Previous: Bakıda DƏHŞƏT: 15 yaşlı qız uşaq dünyaya gətirdi, özü və körpəsi öldü
Next: DİN-dən ƏMƏLİYYAT – Bu qurumun əməkdaşları SAXLANILDI

Bölmənin digər xəbərləri

Bakıda parkda meyit tapıldı
  • Kriminal

Bakıda parkda meyit tapıldı

24 Aprel, 2026
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
  • Kriminal

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

24 Aprel, 2026
Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var
  • Gündəm

Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var

23 Aprel, 2026

Top 7 Xəbər

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 1

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

29 Aprel, 2026
Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək 2

Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

29 Aprel, 2026
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar 3

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar

29 Aprel, 2026
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur” 4

“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”

29 Aprel, 2026
AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi 5

AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi

29 Aprel, 2026
Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb 6

Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb

29 Aprel, 2026
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub 7

Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

29 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 332)
  • Dünya (3. 345)
  • Gündəm (11. 683)
  • İdman (647)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9332) Dünya (3345) Gündəm (11683) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (347) Siyasət (2986) Texnologiya (14) İdman (647) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 29 Aprel, 2026
  • Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək 29 Aprel, 2026
  • Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar 29 Aprel, 2026
  • “Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur” 29 Aprel, 2026
  • AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi 29 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.