Skip to content
20 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kriminal
  • Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi
  • Gündəm
  • Kriminal

Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi

Cavidan 20 Oktyabr, 2026
1792480940_yrehs8usr v

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi yekunlaşıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən yekun iclasda qərar açıqlanaraq təqdirləndirilənlər barədə birinci instansiyanın hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə görə Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin 17 il 6 ay, Əzizə Seyidova isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib.

O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Qeyd edək ki, əvvəlki məhkəmə iclasları zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər. Onu da qeyd edək ki, məhkəmə istintaqı ərəfəsində təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrini dəyişərək qətlin Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidovla şəxsi münasibətləri zəminində törətdiklərini deyiblər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb
Sonrakı: Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Bölmənin digər xəbərləri

EhCcDGqqSPNuhNeJay b
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

Cavidan 20 Oktyabr, 2026
6ad5fd84067396ad5fd8406 v
  • Dünya

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

Cavidan 19 Oktyabr, 2026
6cfa4b76-74f1-39d8-a59v
  • Gündəm

Bir qrup energetik təltif edilib – Sərəncam

Cavidan 19 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom bazar Birbank biznes Business Counterpoint Research Cyberpunk Edgerunners Elektromobil Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Planşetlər Reytinq Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 313)
  • Dünya (1. 085)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (239)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (21)

Xəbər Trendi

Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli 1
  • Texnologiya

Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli

20 Oktyabr, 2026
“Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı “Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı 2
  • Texnologiya

“Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı

20 Oktyabr, 2026
Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb b 3
  • Cəmiyyət

Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb

20 Oktyabr, 2026
Sabah rayonlara yağış yağacaq 95wiZvi6FFbsC5Lj v 4
  • Cəmiyyət

Sabah rayonlara yağış yağacaq

20 Oktyabr, 2026
Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır 4a7984d6-93 v 5
  • Kateqoriyasızlar

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

20 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3313) Dünya (1085) Gündəm (3469) Kateqoriyasızlar (239) Kriminal (302) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (21) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 60
  • 56
  • 4. 881

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.