Türkiyənin Düzce vilayətinin Çilimli rayonunda traktorun qəzaya uğraması nəticəsində 11 nəfər yaralanıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, qəza rayonun Karaçörtən kəndinə gedən yolda baş verib. Belə ki, traktorun qoşqusu aşıb, 11 nəfər xəsarət alıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.
