Skip to content
12 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Goranboydakı cinayətin TƏFƏRRÜATI
  • Gündəm
  • Kriminal

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Goranboyda kirayə qaldığı evin sahibəsi ilə sevgili olan oğlan qadını öldürməyə cəhd edib. Hadisə Goranboy rayonunun Goran qəsəbəsində
Cavidan 13 Sentyabr, 2025
2021-10-08-09-19-52Psoa3Z2SE1FYYdHyA3s4_file

Goranboyda kirayə qaldığı evin sahibəsi ilə sevgili olan oğlan qadını öldürməyə cəhd edib.

Hadisə Goranboy rayonunun Goran qəsəbəsində baş verib. Lerik rayon sakini, 1997-ci il təvəllüdlü Samir Məmmədov (soyad şərtidir) Goranboy rayonunda 1990-cı il təvəllüdlü Gözəl Qarayevanın (soyad şərtidir) evində kirayə qalır. Bir müddətdən sonra Samirlə Gözəl arasında sevgi münasibətləri yaranır və bu minvalla onlar 6-7 ay sevgili olurlar.

Bir gün Samir Gözələ evlənmək təklif etsə də, Gözəl onun bu təklifini rədd edir və onunla dost qalmaq istədiyini bildirir. Samir isə onun bu fikri ilə razılaşmır və aralarında mübahisə yaranır. Samir polisə zəng vuraraq, guya Gözəlin evindən çıxdığını, lakin onun əşyalarını vermədiyini bildirir.

Polis onu və Gözəli izahat almaq üçün bölməyə dəvət edir. Lakin Samir şikayətini geri götürür. O, Gözələ zəng edərək, üzr istəyir və polisdə izahat verməyə dəvət edir. Gözəl də onunla birlikdə polisə gedib izahat verir. Daha sonra onlar polis bölməsindən çıxaraq Samirin maşını ilə çay evinə tərəf gedirlər. Samir yolda avtomobilini saxlayıb Gözəldən “hə” cavabı almaq istəyir. Gözəl isə onunla münasibəti kəsdiyini bildirir. Bu vaxt Samir qəflətən avtomobilində gizlətdiyi bıçağı çıxararaq, Gözələ “sənə demişdim axı məndən ayrılsan, səni öldürəcəyəm” deyir, bıçaqla onun baş və boğaz nahiyəsinə 6 zərbə endirir. Gözəl maşından düşərək qaçdığı vaxt isə Samir avtomobillə onu vurub küçənin kənarına atır və polisə zəng vuraraq Gözəli öldürdüyünü bildirib.

Polis əməkdaşları hadisə yerində qadını yaralı vəziyyətdə aşkar edərək xəstəxanaya çatdırıblar. Həkimlərin səyi ilə qadının həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Məmmədovun anlaqsız olduğu müəyyən edilib.

Məhkəmənin hökmü ilə S.Məmmədov anlaqsız olduğu üçün cəzadan azad edilib və o, məcburi müalicəyə göndərilib.

Post navigation

Previous: Qızılağac Milli Parkının ərazisində yanğın olub
Next: Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Bölmənin digər xəbərləri

1789162897_5v
  • Kriminal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Cavidan 12 Sentyabr, 2026
4DHi6O8TpVOEv
  • Dünya

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Cavidan 11 Sentyabr, 2026
JsasG0jZcNv
  • Cəmiyyət

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Cavidan 11 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 117)
  • Dünya (1. 058)
  • Gündəm (3. 368)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (211)
  • Kriminal (285)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal 1789193956_1547401_a48442732857a67f 1
  • Cəmiyyət

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

12 Sentyabr, 2026
Bakıda avtomobil qadını vuraraq öldürüb 1789162897_5v 2
  • Kriminal

Bakıda avtomobil qadını vuraraq öldürüb

12 Sentyabr, 2026
Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq 6f1cddc5-a1ae-355c-a8e b c 3
  • Dünya

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

12 Sentyabr, 2026
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək Снимок экрана 2026-09-11 180315 4
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

11 Sentyabr, 2026
Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam ferid V 5
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

11 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3117) Dünya (1058) Gündəm (3368) Kateqoriyasızlar (211) Kriminal (285) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.