Skip to content
26 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Lənkəranın icra başçısının ifadəsi ona sui-qəsd cəhdi ilə bağlı keçirilən məhkəmədə elan olunub
  • Gündəm
  • Kriminal

Lənkəranın icra başçısının ifadəsi ona sui-qəsd cəhdi ilə bağlı keçirilən məhkəmədə elan olunub

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi
Cavidan 2 Aprel, 2025
b8843f1a-70ce-3131-8bd0-738f7cffe976_850

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Taleh Qaraşovun vəkili prosesdə iştirak edib.

Vəkil deyib ki, müvvəkilinin təqsirləndirilən şəxsə qarşı hər hansı bir maddi tələbi yoxdur, amma şikayəti yerində qalır.

Proses zamanı icra başçısının ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Taleh Qaraşov həmin ifadəsində deyib ki, Bəhruz Əskərovu tanımır:

“Təqsirləndirilən şəxsin mənə qarşı sui-qəsd hazırladığını mətbuatdan öyrəndim. Həmin vaxt çox həyəcan keçirdim. İndiyə qədər kiminsə məni izləməsini hiss etməmişəm”.

Proses şahidlərin dindirilməsi üçün aprelin 29-a kimi təxirə salınıb.

Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsində şübhəli bilinərək saxlanılıb.

İttihama görə, Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Ona Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Post navigation

Previous: Azərbaycan Ordusunun Aprel qələbəsindən 9 il ötür
Next: Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

Bölmənin digər xəbərləri

prezdent
  • Gündəm

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

Cavidan 26 Avqust, 2026
kamaleddin
  • Cəmiyyət

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Cavidan 26 Avqust, 2026
mehriban xanim 001
  • Cəmiyyət

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Cavidan 26 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 006)
  • Dünya (1. 029)
  • Gündəm (3. 315)
  • İdman (223)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək 1
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

26 Avqust, 2026
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır 8UxM8sTMQmm v 2
  • Cəmiyyət

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

26 Avqust, 2026
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub mwzT3QaM1iPQnk0jjlhX v 3
  • Cəmiyyət

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

26 Avqust, 2026
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib 12 4
  • Cəmiyyət

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

26 Avqust, 2026
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək 111 5
  • İdman

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

26 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3006) Dünya (1029) Gündəm (3315) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (223) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.