Sumqayıt şəhərində 17 yaşlı yeniyetmənin öldürülməsi ilə nəticələnən insidentin bəzi təfərrüatları müəyyənləşib.
Yenixeber.org xəbər verir ki, Emil Qələndərovun söyüş üstündə qətlə yetirildiyi məlum olub.
Məlumata görə, E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.
Polis əməkdaşlarının hadisədən sonra keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.
***
Sumqayıt şəhərində 17 yaşlı yeniyetmə qətlə yetirilib.
Hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
2008-ci il təvəllüdlü Emil Qələndərov naməlum şəxs tərəfindən öldürülüb.(Report)
Faktla bağlı araşdırma aparılır.