Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 146)
  • Gündəm (10. 941)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Rektorun qızını aldadıb qızıllarını aldılar
  • Gündəm
  • Kriminal

Rektorun qızını aldadıb qızıllarını aldılar

Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə
Cavidan 4 Dekabr, 2024

Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.

İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 min 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib. Buraya 30 min manatlıq “Van Cleef & Arpels” markalı bir cüt sırğa və digər qızıllar daxildir. 

Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb. 

Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovla əlaqə saxladıq. Vəkilin münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.

Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.

İş üzrə digər zərərçəkənlər İlyasov Fariz Ramiz oğlu və Tağıyev Habil Əli Abas oğludur. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır. 

Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.

Continue Reading

Previous: Cənubi Koreyada kütləvi istefalar başladı
Next: Ceyhun Bayramov Maltaya getdi

Bölmənin digər xəbərləri

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib
  • Dünya

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

26 Yanvar, 2026
Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama
  • Gündəm

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026
ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto
  • Kriminal

ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto

26 Yanvar, 2026

Top 7 Xəbər

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 1

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

26 Yanvar, 2026
Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 2

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026
ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 3

ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto

26 Yanvar, 2026
“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı 4

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

26 Yanvar, 2026
Xocalının iki kəndinə daha 25 ailə yola salındı 5

Xocalının iki kəndinə daha 25 ailə yola salındı

26 Yanvar, 2026
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü 6

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

26 Yanvar, 2026
Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub 7

Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 146)
  • Gündəm (10. 941)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8750) Dünya (3146) Gündəm (10941) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (611) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 26 Yanvar, 2026
  • Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 26 Yanvar, 2026
  • ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 26 Yanvar, 2026
  • “Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı 26 Yanvar, 2026
  • Xocalının iki kəndinə daha 25 ailə yola salındı 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.