Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 752)
  • Dünya (3. 148)
  • Gündəm (10. 946)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Gündəm
  • Kriminal

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib – Adlar

Cavidan 4 Sentyabr, 2024

Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

Yenixeber.org-un məlumatına görə, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.

Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?

Qasımov Rəşad Bəhram oğlu– Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;

Seidova Vəfa Yusif qızı– Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;

Məşədiyeva Dilarə Yusif qızı– Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;

Qurbanzadə Elmar Nazim oğlu– Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;

Vəzirova Səbinə Rafiq qızı– Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;

Mürsəlov Mürsəl Fərhad oğlu – “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru;

Bədəlov Rəşid Kamil oğlu – Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru.

Qurbanov Rauf Yusif oğlu – Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;

Şirinzadə Seymur Aydın oğlu– Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;

Mütəllimova Cavahir Nadir oğlu – TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru;

Babaxanlı Gülbəniz İbrahim qızı – Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;

Nəcəfov Əzizağa Bayram oğlu – Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktor müavini;

Babayev Yuriy Çingizoviç oğlu – Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;

Panayev Əhməd Rəhim oğlu – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;

Firidov Elməddin Elşad oğlu – Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

Verdiyev Elman Elim oğlu – Naftalan Şəhər bələdiyyəsinin sədri;

Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.

Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib.

Başqa bir misal: Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru Cavidlə bağlı kitabların nəşrə hazırlanması və bir sıra işlərin görülməsi üçün eyni niyyətlə şirkətə bazar dəyərindən 12 min manat artıq pul köçürüb.

Həmçinin,Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi eyni niyyətlə abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4363 manat artıq pul köçürüb.

Bundan başqa, TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru təmir işlərinin görülməsi üçün bazar dəyərindən 6 min artıq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri və digərləri də xidmət göstərilməsi adı ilə razılaşdıqları şirkətlərə artıq pullar köçürüblər.

Korrupsiya cinayətlərində qarşıya qoyulmuş əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Yuxarıda qeyd olunan şəxslər hər biri özlərini təqsirli biliblər. Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib.

Şirkət rəhbəri özü də əlbirliklə mənimsədiyi vəsaitləri dövlət büdcəsinə ödəyib. O, mənimsəmədən başqa digər cinayətlərin də törədilməsində təqsirləndirildiyi üçün işinə məhkəmədə hüquqi qiymət veriləcək.(“Qafqazinfo”)

Continue Reading

Previous: Putin Si Cinpinin müavini ilə GÖRÜŞÜB
Next: Ankara-Qahirə əlaqələrinin inkişafı – regionda problemlərin həllinə təkan

Bölmənin digər xəbərləri

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH
  • Cəmiyyət

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH

26 Yanvar, 2026
Sumqayıtda maşın təmiri sexi yanır
  • Cəmiyyət

Sumqayıtda maşın təmiri sexi yanır

26 Yanvar, 2026
Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib
  • Gündəm

Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

26 Yanvar, 2026

Top 7 Xəbər

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH 1

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH

26 Yanvar, 2026
Sumqayıtda maşın təmiri sexi yanır 2

Sumqayıtda maşın təmiri sexi yanır

26 Yanvar, 2026
Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib 3

Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

26 Yanvar, 2026
Zelenski Tixanovskaya ilə görüşdü – Foto 4

Zelenski Tixanovskaya ilə görüşdü – Foto

26 Yanvar, 2026
“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib 5

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

26 Yanvar, 2026
Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 6

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

26 Yanvar, 2026
Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 7

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 752)
  • Dünya (3. 148)
  • Gündəm (10. 946)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8752) Dünya (3148) Gündəm (10946) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2928) Texnologiya (14) İdman (611) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH 26 Yanvar, 2026
  • Sumqayıtda maşın təmiri sexi yanır 26 Yanvar, 2026
  • Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib 26 Yanvar, 2026
  • Zelenski Tixanovskaya ilə görüşdü – Foto 26 Yanvar, 2026
  • “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.