Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxslər tərəfindən Tərtərdə məktəbə hücum edilməsi hadisəsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən məlumat əsasında Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
“Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, – Mətbuat Xidmətindən qeyd edilib.
Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb.
Belə ki, naməlum şəxslər tərəfindən məktəbin bir sıra otaqları, avadanlıqlar dağıdılıb.
Bölmələr
- Cəmiyyət (5. 860)
- Dünya (2. 109)
- Gündəm (7. 006)
- İdman (358)
- İqtisadiyyat (395)
- Kateqoriyasızlar (265)
- Kriminal (1. 019)
- Mədəniyyət (227)
- Siyasət (2. 392)
- Texnologiya (14)